Dünya BÖYÜK QITLIQLA ÜZ-ÜZƏ: Azərbaycan buna görə xilas olacaq

“2025-ci ildə dünyada böyük qıtlıq başlayacaq”. Bu iddia ilə türkiyəli professor Canan Karatay çıxış edib. Onun sözlərinə görə, dünyada yalnız zeytun ağacları olan ölkələr bu qıtlıqdan xilas ola biləcəklər.

"2025-ci ildə dünyada böyük qıtlıq başlayacaq". Bu iddia ilə türkiyəli professor Canan Karatay çıxış edib. Onun sözlərinə görə, dünyada yalnız zeytun ağacları olan ölkələr bu qıtlıqdan xilas ola biləcəklər.

"Çünki zeytun ağacları çox güclü ağaclardır. Buna görə də zeytun ağacını kəsmək cinayətdir. 2000 il yaşayacaq bir ağacı kəsmək qəbuledilməzdir. Qıtlıq gələndə zeytun ağacları olan ölkələr xilas olacaqlar", - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycanda zeytunçuluğa xüsusi diqqət yetirilir. Vaxtilə bu sahənin inkişafı dayansa da, hazırda dövlət səviyyəsində zeytunçuluğun inkişafına dəstək artıb. Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə zeytunçuluqla məşğul olan sahibkarlara xüsusi güzəştli kreditlər verilir. Ölkədə zeytun bağlarının ümumi həcmi 2 min hektara yaxındır. Lakin zeytun bağlarının genişlənməsi istiqamətində addımlar atılır. Türkiyəli professorun proqnozu doğru çıxarsa, o zaman böyük qıtlığın Azərbaycandan yan keçəcəyini demək mümkündür. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31