Ermənistanda antiRusiya rüzgarı

Son vaxtlar işğalçı Ermənistanda yenidən antiRusiya əhval-ruhiyyəsi özünü büruzə verməkdədir. İstər rəsmi, istərsə də qeyri-rəsmi səviyyələrdə əsas etibarilə bir fikir səslənir ki, Moskva İrəvana lazım olan dəstəyi nümayiş etdirmir. Əksinə, bir çox hallarda Kreml Ermənistanın maraqlarına zidd addımlar atır. Bunun əyani sübutu kimi keçən ilin aprel ayında cəbhə xəttində gedən ağır döyüşlərdə Kremlin İrəvana hərbi dəstək verməməsi göstərilir. İddia edilir ki, Rusiya Ermənistanla Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatında müttəfiq olduğu üçün İrəvana apel döyüşləri zamanı hərbi dəstək verməli idi. Kifayət qədər əsassız və arqumentsiz bir yanaşmadır.

Yaxud İrəvanın öz ağasına qarşı çıxmasının başlıca səbəbləri

Son vaxtlar işğalçı Ermənistanda yenidən antiRusiya əhval-ruhiyyəsi özünü büruzə verməkdədir. İstər rəsmi, istərsə də qeyri-rəsmi səviyyələrdə əsas etibarilə bir fikir səslənir ki, Moskva İrəvana lazım olan dəstəyi nümayiş etdirmir. Əksinə, bir çox hallarda Kreml Ermənistanın maraqlarına zidd addımlar atır. Bunun əyani sübutu kimi keçən ilin aprel ayında cəbhə xəttində gedən ağır döyüşlərdə Kremlin İrəvana hərbi dəstək verməməsi göstərilir. İddia edilir ki, Rusiya Ermənistanla Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatında müttəfiq olduğu üçün İrəvana apel döyüşləri zamanı hərbi dəstək verməli idi. Kifayət qədər əsassız və arqumentsiz bir yanaşmadır. Birincisi, ona görə ki, aprel döyüşləri Azərbaycan ərazisində gedirdi və döyüşlərin əsas mahiyyəti Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərini geri qaytarmaqdan ibarət idi. Və buna da Azərbaycan Silahlı Qüvvələri minimum səviyyədə də olsa nail oldu. Yəni, aprel döyüşlərinin Ermənistanın sərhədlərinə heç bir aidiyyatı yox idi və ona görə də Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatının aprel döyüşlərinə müdaxiləsi beynəlxalq hüquq və normalara ziddiyyət təşkil edərdi.

Ermənistanın Rusiyadan istənilən dəstəyi almamasını inkar edən digər bir fakt elə aprel döyüşləri ilə bağlıdır. Məlumdur ki, aprel döyüşləri elə məhz Rusiyanın ciddi müdaxiləsi nəticəsində dayandırıldı və tərəflər arasında atəşkəs əldə edildi. Əgər Rusiya həmin günlərdə proseslərə müdaxilə etməsəydi, Ermənistan Azərbaycanın gücü, hərbi potensialı qarşısında duruş gətirə bilməyərək sülhə məcbur olacaqdı. Nəticə etibarilə 20 ildən artıq yaşı olan Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün bərpası fonunda həllini tapardı. Amma göründüyü kimi Rusiyanın müdaxiləsi, daha doğrusu İrəvana qol-qanad olması hələ də sözügedən münaqişənin həllini mümkünsüz edir.

Bəs görəsən bütün bunların qarşılığında indiki halda İrəvanı Moskvadan incik salan məqam nədən ibarətdir? Təbii ki, burada yenə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı amili öz sözünü deyir. Belə ki, İrəvan düşünürdü ki, sözügedən hərbi bloka katibliyi ələ almaqla Azərbaycan qarşısında üstünlük əldə edəcək və KTMT-nin bütün imkanlarından yararlanmaq şansı qazanacaq. Elə bir neçə ay əvvəl Azərbaycanın Ermənistanla sərhəd məntəqlərində ermənilər tərəfindən planlaşdırılan təxribat da məhz bu məqsədə xidmət edirdi. Lakin İrəvanın bu oyununa nə Moskva, nə də Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatının üzvü olan digər ölkələrin şərik çıxmaması Ermənistanın məkirli planlarının reallaşmasını mümkünsüz etdi. Bütün bunlarda başlıca günahkar isə İrəvanda Moskvanı hesab edirlər. Təsadüfi deyil ki. son günlər Ermənistan paytaxtında antiRusiya əleyhinə keçirilən etiraz aksiyalarının sayı da artıb. Əslində bu aksiyalar sadə xalq kütlələrinin deyil, Ermənistan hakimiyyətinin sadə

ermənilər adından Kremlə göndərmiş olduğu ismarıcdır. Yəni, İrəvan Moskvadan istənilən dəstəyi almasa, o halda antiRusiya əleyhinə aksiyaların miqyası genişlənəcək.

Göründüyü kimi, Ermənistan hakimiyyəti öz aləmində Rusiyaya qarşı dirəniş nümayiş etdirir və Moskvaya bir növ öz şərtlərini diqtə etməyə çalışır. Ancaq bununla Sərkisyan hakimiyyəti nə qədər böyük xətaya yol verdiyinin nədənsə fərqinə vara bilmir. İşğalçı ölkə prezidenti hələ də dərk edə bilməyib ki, Kreml onunla oyun oynamaq arzusunda olanların özünə məharətlə oyun qurmağı bacarır. Baxmayaraq ki, Moskva İrəvanla eyni həbri və iqtisadi blokda yer alır, Ermənistan Rusiyanın forpostu rolunu oynayır, bütün bunlara rəğmən Kreml qətiyyən ona olan xəyanəti bağışlamır. Və bu xəyanətin bədəli bir qayda olaraq ağır şəkildə ödənilir. Necə ki, zamanında oxşar addımı Gürcüstan atdı və hələ də Tbilisi bu yalnışlığın acısını çəkir. Ən azı Sərkisyan hakimiyyəti onu dərk etməlidir ki, Rusiyanın uzun illər Ermənistan ərazisində basdırdığı "bombalar" var və onların "partladılması" Ermənistan hakimiyyəti üçün yaxşı heç nə vəd etmir.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31