Gündəm
Söz, məlumat, ifadə azadlığı və plüralizmin təmin olunması qanunlarla tənzimlənir
Demokratik cəmiyyətlərdə bir qayda olaraq onu şərtləndirən amillər, başlica prinsiplər yüksək səviyyədə təmin edilir, onların bütün parametrlər üzrə tətbiq edilməsi zərurətə çevrilir.
Nəqliyyat sisteminə aid bütün məlumatlandırma işləri Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçiriləcək
IV İslam Həmrəyliyi Oyunları zamanı nəqliyyat sisteminə aid bütün məlumatlandırma işləri Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumat BNA-dan daxil olub. Bildirilib ki, bunula əlaqədar olaraq, sizlərdən Oyunlardan əvvəl və Oyunlar zamanı ictimai nəqliyyatın iş rejimi ilə bağlı məlumatlar, avtobus marşrutlarındakı dəyişikliklər, bağlanan yollar və Oyunlarla bağlı bütün nəqliyyat tədbirləri haqqında, o cümlədən Bakı-2017 İslam Oyunlarının xüsusi hərəkət zolaqları ilə bağlı ən son rəsmi məlumatları əldə etmək üçün Bakı Nəqliyyat Agentliyinin rəsmi informasiya mənbələrinə (Bakı Nəqliyyat Agentliyinin bna.az internet səhifəsi, Bakı Nəqliyyat Agentliyinin facebook səhifəsi, Mətbuat Xidməti), eləcə də Bakı-2017 internet səhifəsinə (www.baku2017.com) müraciət etməyiniz xahiş olunur.
Ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar şəhər və rayonlarda Gül bayramı və yaşıllaşdırma aksiyası keçirilib
Hər il 10 may - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü münasibətilə təşkil edilən Gül bayramı geniş ictimaiyyətdə böyük maraq doğurur. Dövlət orqanlarına müraciət edən ayrı-ayrı təşkilatların və ictimaiyyət nümayəndələrinin bu prosesdə daha fəal iştirakını təmin etmək məqsədilə 2016-cı ildə Gül bayramının yeni formatda – ölkənin bütün şəhər və rayonlarında yaşıllaşdırma aksiyaları təşkil etməklə keçirilməsi barədə qərar qəbul olunub.
ABŞ Rusiya və Çinə qarşı HƏRƏKƏTƏ KEÇDİ: müharibəyə ciddi hazırlıq
ABŞ ordusu Rusiya və Çinlə potensial müharibəni nəzərə alaraq əməliyyatların yeni qaydalarının hazırlanması üzərində iş aparır. Bu barədə Küveyt mediası hərbi mənbələrə istinadən yazıb. Məlumata görə, ilk növbədə raketdən müdafiə sistemlərinin yenilənməsi ehtimal olunur. Yeni qaydalar həmçinin, İŞİD-lə mübarizədə kömək edəcək. Bu qaydaların 2017-ci ilin payızında tam hazır olacağı deyilir. Yeni proqramda əsas vurğu Rusiya və Çinlə mübarizənin üzərindədir.
“İki ilə istefa edəcəm, lakin…” – Əsədin Suriya planı
“Əgər iki il ərzində Suriyanı xilas edə bilməsəm, istefa edəcəm”. Bu barədə Bəşər Əsəd Livan mediasına müsahibəsində deyib. Lakin Əsəd Suriyanın xilas olacağı haqda yüz faiz zəmanət verdiyini qeyd edib.
III Dünya müharibəsinin başlama vaxtı açıqlandı - VİDEO
Beynəlxalq haker qrupu “Anonymous” III Dünya müharibəsinin bu il, ya da 2018-ci ildə baş verəcəyini iddia edib. Qrup müharibənin səbəbinin Koreya böhranı olacağını bildirib. “Koreya yarımadasında baş verə biləcək bir müharibənin izləri göründü. Ölkələrin strateji davrandığını görürük. Amma bu müharibə digər iki dünya müharibəsindən fərqli, daha vəhşi və qanlı olacaq”, - haker qrupunun bəyanatında deyilir.
Gümrüdə erməni ailəsini qıran rus hərbçi Rusiyaya aparılır?
Ermənistanın Gümrü şəhərində erməni ailənin 7 üzvünü qətlə yetirən, ömürlük həbs cəzasına məhkum olunmuş rusiyalı hərbi qulluqçu Valeri Permyakovun cəzasını Rusiyada çəkə biləcəyi barədə xəbərlər qalmaqala səbəb olub.
FIG texniki nümayəndəsi: "Azərbaycan mənim favoritimdir"
Mən çox xoşbəxtəm ki, bədii gimnastika İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilib. Bunu Beynəlxalq Gimnastika Federasiyasının texniki nümayəndəsiQabriela Souza Salvador deyib.
Bakıda 20 min dolları 40 min dollara "çevirən" Kamerun vətəndaşının məhkəməsi başladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vambo Aurelienin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prokuror cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.
Türkiyənin çay plantasiyalarında işləyən azərbaycanlılar...
Türkiyənin çay plantasiyalarında özlərinə iş tapanların böyük əksəriyyəti azərbaycanlılardır. May ayında qonşu ölkəyə gedib sentyabrda dönən mövsümi işçilər bir neçə ay ərzində çay yığımından 3-4 min dollara qədər gəlir əldə edirlər.
İTV-də YENİ TƏYİNATLAR: müavinlər dəyişdi
İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni təyinatlar olub. Elçin Həsənov və Cabbar Quliyev baş direktor Cəmil Quliyevin müavini təyin edilib.
Türkiyədə ağır qəza: azərbaycanlılar yaralandı
Türkiyədə azərbaycanlı sürücünün idarə etdiyi "Mitsubihi" markalı avtomobil qəzaya düşüb. Azərbaycandan İstanbula gedən 43 yaşlı Fərid İbrahimovun idarə etdiyi "90 OJ 177" dövlət nömrə nişanlı pikap avtomobil Samsun-İstanbul yolunun Corum rayonunun Osmancıq qəsəbəsindən keçən hissəsində qəzaya uğrayıb.
Litva Rusiya ilə sərhəddə sədd tikəcək
Litva hökuməti Rusiyanın Kalininqrad vilayəti ilə sərhədinə sədd ucaltmağı planlaşdırır. Sədd 45 kilometrlik məsafəni əhatə edəcək. Səddin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulub. İlkin hesablamalara görə, bu səddin çəkilməsi 1,335 milyon avroya başa gələcək. Tikanlı məftillərdən ucaldılan səddin hündürlüyünün 2 metr olması nəzərdə tutulub.
“Maşın şou” yenidən efirdə
“Maşın şou” mayın 28-dən etibarən ATV kanalında yayımlanacaq. Bunu “Olaylar” -a “M Qrup Prodakşn”ın mətbuat katibi Kübra Məhərrəmova deyib. O bildirib ki, bu dəfə də maşının ətrafına 18 ulduz iştirakçı toplaşacaq: “Ulduzların kimliyi son ana qədər sirr saxlanılır. Şounu Azərbaycanın əməkdar artisti Murad Dadaşov aparacaq.
İman Əsgərzadənin monoqrafiyası Almaniyada nəşr olundu
AMEA – nın Fizika İnstitutunun aparıcı elmi işçisi fizika-riyaziyyat elmlər doktoru, professor İman Əsgərzadənin Almaniyanın nüfuzlu Springer-Verlaq nəşriyyatında “Josephson dinamikasının və ifratkeçiricilik elektronikasının müasir aspektləri’ adlı monoqrafiyası çap olunub(Dr. Ali Bozbey ve Dr. Mehmet Cantürklə birlikdə). Təqdim olunan monoqrafiya ifratkeçiriciliyin tətbigi sahəsində ölkəmizdə hazırlanmış ilk monografiya olmaqla bərabər, bu sahə üzrə elmi fəaliyyətlə məşğul olan dünya mütəxəssisləri üçün qiymətli töhfədir. Akademiyadan “Olaylar” – a bildirilib ki, monoqrafiya beş bölmədədən ibarətdir.














