İTV-də YENİ TƏYİNATLAR: müavinlər dəyişdi
İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni təyinatlar olub. Elçin Həsənov və Cabbar Quliyev baş direktor Cəmil Quliyevin müavini təyin edilib.
10 May 2017 15:56 Sosialİctimai Televiziya və Radio Yayımları Şirkətində yeni təyinatlar olub. Elçin Həsənov və Cabbar Quliyev baş direktor Cəmil Quliyevin müavini təyin edilib. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Muxtar İmanov məlumatı təsdiqləyib. O bildirib ki, yeni müavinlər artıq bir həftədir işini icra edir. Bildirək ki, indiyə qədər İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktorunun müavini Şaiq Məmmədov vəzifəsindən azad edilib. Lent.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31