Gümrüdə erməni ailəsini qıran rus hərbçi Rusiyaya aparılır?
Ermənistanın Gümrü şəhərində erməni ailənin 7 üzvünü qətlə yetirən, ömürlük həbs cəzasına məhkum olunmuş rusiyalı hərbi qulluqçu Valeri Permyakovun cəzasını Rusiyada çəkə biləcəyi barədə xəbərlər qalmaqala səbəb olub.
10 May 2017 16:08 DünyaErmənistanın Gümrü şəhərində erməni ailənin 7 üzvünü qətlə yetirən, ömürlük həbs cəzasına məhkum olunmuş rusiyalı hərbi qulluqçu Valeri Permyakovun cəzasını Rusiyada çəkə biləcəyi barədə xəbərlər qalmaqala səbəb olub. Avetisyan ailəsinin vəkilləri bu qərardan narazı qalıblar. Vəkil Erem Sarkisyanın sözlərinə görə, onlar buna imkan vermək niyyətində deyillər.
Qalmaqallı qətl hadisəsi iki il öncə - 2015-ci il yanvarın 12-də Ermənistanın Gümrü şəhərində baş verib. Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakov erməni ailəsinin 7 üzvünü, o cümlədən körpə uşağı amansızcasına qətlə yetirib.
Ömürlük həbs cəzası alan rus hərbçinin cəzasını Rusiyada çəkəcəyi barədə məlumat bir sıra KİV-də yayılıb. Ermənistanın ədliyyə nazirinin müavini Viqen Koçaryan onun cəzasının təşkili ilə bağlı məsələ hələ müzakirə edilir. Milli.az istipress-ə istinadən xəbər verir.