III Dünya müharibəsinin başlama vaxtı açıqlandı - VİDEO
Beynəlxalq haker qrupu “Anonymous” III Dünya müharibəsinin bu il, ya da 2018-ci ildə baş verəcəyini iddia edib. Qrup müharibənin səbəbinin Koreya böhranı olacağını bildirib. “Koreya yarımadasında baş verə biləcək bir müharibənin izləri göründü. Ölkələrin strateji davrandığını görürük. Amma bu müharibə digər iki dünya müharibəsindən fərqli, daha vəhşi və qanlı olacaq”, - haker qrupunun bəyanatında deyilir.
10 May 2017 16:09 DünyaBeynəlxalq haker qrupu "Anonymous" III Dünya müharibəsinin bu il, ya da 2018-ci ildə baş verəcəyini iddia edib. Qrup müharibənin səbəbinin Koreya böhranı olacağını bildirib. "Koreya yarımadasında baş verə biləcək bir müharibənin izləri göründü. Ölkələrin strateji davrandığını görürük. Amma bu müharibə digər iki dünya müharibəsindən fərqli, daha vəhşi və qanlı olacaq", - haker qrupunun bəyanatında deyilir.
Bildirilir ki, döyüş yalnız ABŞ, Çin və Şimali Koreya arasında olmayacaq, bütün ölkələr müharibədə bu və ya digər tərəfdə iştirak etmək məcburiyyətində qalacaqlar. Publika.az