Nəqliyyat sisteminə aid bütün məlumatlandırma işləri Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçiriləcək
IV İslam Həmrəyliyi Oyunları zamanı nəqliyyat sisteminə aid bütün məlumatlandırma işləri Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumat BNA-dan daxil olub. Bildirilib ki, bunula əlaqədar olaraq, sizlərdən Oyunlardan əvvəl və Oyunlar zamanı ictimai nəqliyyatın iş rejimi ilə bağlı məlumatlar, avtobus marşrutlarındakı dəyişikliklər, bağlanan yollar və Oyunlarla bağlı bütün nəqliyyat tədbirləri haqqında, o cümlədən Bakı-2017 İslam Oyunlarının xüsusi hərəkət zolaqları ilə bağlı ən son rəsmi məlumatları əldə etmək üçün Bakı Nəqliyyat Agentliyinin rəsmi informasiya mənbələrinə (Bakı Nəqliyyat Agentliyinin bna.az internet səhifəsi, Bakı Nəqliyyat Agentliyinin facebook səhifəsi, Mətbuat Xidməti), eləcə də Bakı-2017 internet səhifəsinə (www.baku2017.com) müraciət etməyiniz xahiş olunur.
10 May 2017 16:26 SosialIV İslam Həmrəyliyi Oyunları zamanı nəqliyyat sisteminə aid bütün məlumatlandırma işləri Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumat BNA-dan daxil olub. Bildirilib ki, bunula əlaqədar olaraq, sizlərdən Oyunlardan əvvəl və Oyunlar zamanı ictimai nəqliyyatın iş rejimi ilə bağlı məlumatlar, avtobus marşrutlarındakı dəyişikliklər, bağlanan yollar və Oyunlarla bağlı bütün nəqliyyat tədbirləri haqqında, o cümlədən Bakı-2017 İslam Oyunlarının xüsusi hərəkət zolaqları ilə bağlı ən son rəsmi məlumatları əldə etmək üçün Bakı Nəqliyyat Agentliyinin rəsmi informasiya mənbələrinə (Bakı Nəqliyyat Agentliyinin bna.az internet səhifəsi, Bakı Nəqliyyat Agentliyinin facebook səhifəsi, Mətbuat Xidməti), eləcə də Bakı-2017 internet səhifəsinə (www.baku2017.com) müraciət etməyiniz xahiş olunur.
Oyunlarla bağlı bütün nəqliyyat tədbirləri haqqında ən son məlumatların operativ çatdırılması məqsədi ilə, Bakı Nəqliyyat Agentliyinin nəzdində fəaliyyət göstərən AvtoRadio (107.7 fm) gücləndirilmiş iş rejimində çalışır. Belə ki, radionin proqramına da dəyişiklik edilib. "Dinlə ki, biləSƏN" devizi altında hər gün saat 12:00-dan 13:00-a kimi oyunlarla bağlı xüsusi verilişin yayımlanması nəzərdə tutulub. Həmçinin, gecə yarısına kimi yollardakı ən son vəziyyət də dinləyicilərə, Oyunları izləməyə gedən şəxslərə çatdırılacaq. Məlumatlandırma ilə yanaşı, Bakı
Nəqliyyat Agentliyi IV İslam Həmrəyliyi Oyunları zamanı prioritet hesab etdiyi missiyasına uyğun olaraq, yol hərəkəti təhlükəsizliyi məsələləri barədə ictimai məlumatlılığı artırmaq, sürücüləri və piyadaları təhlükəsizlik qaydaları haqqında təlimatlandırmaq üçün maarifləndirmə kampaniyası da həyata keçirəcək. Məlumatlandırma və maarifləndirmə tədbirləri dayanacaqlardakı Avtobus İnformasiya Terminalları , VMS (elektron informasiya terminalı) və stasionar bannerlər vasitəsi ilə, eləcə də avtobusların audio və video vasitəsilərilə də həyata keçiriləcək.