FIG texniki nümayəndəsi: "Azərbaycan mənim favoritimdir"

Mən çox xoşbəxtəm ki, bədii gimnastika İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilib. Bunu  Beynəlxalq Gimnastika Federasiyasının texniki nümayəndəsiQabriela Souza Salvador deyib.

Mən çox xoşbəxtəm ki, bədii gimnastika İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilib. Bunu  Beynəlxalq Gimnastika Federasiyasının texniki nümayəndəsi Qabriela Souza Salvador deyib.

O qeyd edib ki, bədii gimnastikanın məhz Bakıdakı oyunlara salınması diqqətə layiqdir: "Bədii gimnastikanın İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilməsi fərqli ölkələrdən olan gimnastlara yüksək səviyyədə mübarizə aparmasına və bu ölkələrdə gimnastikanın inkişafına imkan verəcək".

Onun fikrincə, yarışların favoriti azərbaycanlı gimnastlardır: "Medallar uğrunda Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirova mübarizə aparacaqlar. Favoritlər sırasında Özbəkistan və Türkiyəni də qeyd etmək olar. Mayın 19-u Budapeştdə başlayacaq bədii gimnastika üzrə Avropa çempionatına gəlincə, Marina Durunda, eləcə də Azərbaycanın qrup hərəkətləri üzrə komandası yüksək yerlər uğrunda mübarizə apara biləcək".

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31