Gündəm
Dini maarifləndirmə tədbirləri artırılır
Mayın 10-da Kürdəmir şəhər (1) məscidi dini icması tərəfindən “İslam təfriqə və xürafata yox deyir” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Hərbi Hava Qüvvələri üçün yeni təyyarənin təqdimatı keçirilib
Mayın 10-da Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin aviabazalarından birində İtaliya Respublikasının “Leonardo Aircraft” şirkətinin istehsalı olan yeni nəsil reaktiv M-346 tipli təlim-məşq təyyarəsinin təqdimatı keçirilib. “OLAYLAR”-ın xəbərinə görə. məlumatı Nüdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, Müdafiə Nazirliyinin rəhbərliyi təyyarəyə baxış keçirdikdən sonra onun taktiki-texniki xüsusiyyətləri, istismarı və digər keyfiyyətləri barədə ətraflı brifinq təqdim olunub.
Veysəloğlu şirkətlər qurupu Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq protokolu imzalayıb
Bakı Mühəndislik Universiteti (BMU) universitet –iş dünyası əlaqələrinin inkişafına xüsusi diqqət yetirir. Universitet yarandığı qısa müddət ərzində 20-dək şirkətlə əlaqə qurub, əməkdaşlıq edir.
“Azərsun Holdinq” Ümummilli liderin xatirəsini silsilə tədbirlərlə andı
Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə əlaqədar “Azərsun Holdinq” hər il olduğu kimi silsilə tədbirlər keçirir. Ulu Öndərin ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi, adıçəkilən Şirkətlər Qrupunun quruluşu və inkişafı üçün verdiyi dəstək daim “Azərsun” ailəsinin qəlbində yaşayır. Ümumilli liderimizin anım tədbirləri çərçivəsində Azərsun Holdinqin rəhbərliyi və kollektivi Ulu Öndərin məzarını ziyarət edərək, heykəli önünə əklil qoyub. Ümumilli liderin xatirəsinin yad edilməsi məqsədi ilə daha bir qrup “Azərsun Holdinq” əməkdaşları 3757 metr yüksəklikdə yerləşən “Heydər zirvəsi”nə yürüş həyata keçiriblər.
İsveçdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd edilib
İsveç Azərbaycanlıları Konqresi (İAK) və “Azərbaycan dünyası” jurnalının təşkilatçılığı ilə İsveçin paytaxtı Stokholmda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, İAK sədri Emil Mirzoev və “Azərbaycan dünyası” jurnalının baş redaktoru, “Dədə Qorqud” milli fondunun sədri Eldar İsmayılov tədbirdə çıxış edərək ulu öndər Heydər Əliyevin son 30 ildə Azərbaycanın müstəqilliyinin dirçəlişindəki rolunu, eyni zamanda ölkənin sosial-siyasi, iqtisadi və mədəni inkişafına verdiyi töhfələri vurğulayıblar.
Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Gəmiçiliyin Türkiyə nümayəndəliyində qeyd edilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İstanbulda yerləşən Türkiyə nümayəndəliyində də qeyd edilib. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, nümayəndəliyin rəhbəri Orxan Qurbanov Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, gəmiçiliyin inkişafına göstərdiyi diqqət və qayğıdan, siyasi kursunun hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsindən bəhs edib. O.Qurbanov diqqətə çatdırıb ki, son illər Azərbaycanın sürətli inkişafı üçrəngli bayrağımızla üzən gəmilərimizin dünya sularına qayıdışını təmin edib. Tədbir Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən sənədli filmin nümayişi ilə başa çatıb.
Sığorta münasibətlərinin müasir və səmərəli təşkili təmin olunub
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər avtomatlaşdırılmış sistemləri kimi, hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları və fərdi uçot məlumatlarına dair yeni vahid rüblük hesabat alt sisteminin tətbiqi uğurla reallaşıb. Sosial sığorta sahəsində fəaliyyətin təkmilləşdirilməsinə və hesabat sisteminin sadələşdirilməsinə yönələn bu yeni elektron sistem özünü tam doğruldub.
Xarici KİV-lər OANA İcraiyyə Komitəsinin Beyrutda keçirilən iclasını geniş işıqlandırıb
Xəbər verdiyimiz kimi, mayın 3-də Livan Respublikasının paytaxtı Beyrutda AZƏRTAC-ın sədri olduğu Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 42-ci iclası keçirilib.
Kim gəlir, kim gedir?
Azərbaycanda 2016-17 mövsümü başa çatar-çatmaz Premyer Liqa klubları transfer çalışmalarına start veriblər. Gələn mövsüm elitada iştirakı dəqiq olan 7 komanda hələ ki, daxili "bazar"la kifayətlənir.
Tramp Ərdoğanı pərt etdi - Türkiyənin cavabı maraq doğurur
"ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanı Ağ Evdə qəbul etməyə hazırlaşarkən qonağını pərt vəziyyətdə qoyub". Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.
Rusiyalı deputatı İsraildə öldü
Rusiya Dövlət Dumasının deputatı, Liberal Demokrat Partiyasının üzvü Vasili Tarasyuk İsraildə ölüb. Deputatın ölümü barədə xəbərlər onun həmkarları tərəfindən təsdiqlənib. Hadisə mayın 6-da baş verib. V. Tarasyukun hansı şəraitdə həyatını itirdiyi məlum olmasa da, olayın İsraildə, Ölü dəniz sahilində baş verdiyi bildirilir. Rusiyanın İsraildəki səfirliyi 67 yaşlı rusiyalının öldüyünü təsdiqləyib, lakin hər hansı ad açıqlamayıb.
Qarabağda ölən erməni əsgərin meyiti tapılmır
Qarabağın şimal istiqamətində, Madagiz hərbi hissəsinin yaxınlığında yerləşən su anbarında boğulan erməni əsgərlərdən biri, 19 yaşlı Ruben Mnatsakanyanın cəsədi hələ də tapılmayıb.
“Dəniz qüdrətli dahi” sənədli filminin nümayişi olub
Nizami Kino Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə tədbir keçirilib. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov , "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, gələcəyin dənizçiləri - Azərbaycan Dövlət Dəniz Akademiyasının və Azərbaycan Dənizçilik Kollecinin tələbələri iştirak ediblər.
Bişkekdə ümummilli lider Heydər Əliyevin 94 illiyi qeyd olunub
Bişkek şəhərində fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun, Bişkek şəhəri mərkəzləşdirilmiş kitabxanalar sisteminin, “Xəzər” İssık Kul azərbaycanlıları İctimai Birliyi, Qırğızıstan Azərbaycanlıları əlaqələndirmə mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd edilib.














