“Dəniz qüdrətli dahi” sənədli filminin nümayişi olub
Nizami Kino Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə tədbir keçirilib. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov , "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, gələcəyin dənizçiləri - Azərbaycan Dövlət Dəniz Akademiyasının və Azərbaycan Dənizçilik Kollecinin tələbələri iştirak ediblər.
10 May 2017 16:58 SosialNizami Kino Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə tədbir keçirilib. "OLAYLAR"-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov , "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, gələcəyin dənizçiləri - Azərbaycan Dövlət Dəniz Akademiyasının və Azərbaycan Dənizçilik Kollecinin tələbələri iştirak ediblər.
Tədbirdə Ümummilli Liderə həsr olunan "Dəniz qüdrətli dahi" sənədli filmi nümayiş olunub. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin hazırladığı filmdə dahi şəxsiyyətin dəniz nəqliyyatı sahəsinə göstərdiyi qayğı və diqqətdən bəhs edilib. Dahi rəhbərin hakimiyyətinin hər iki dövrü ayrı-ayrı dənizçilərin, ictimai-siyasi nüfuza malik şəxslərin dilindən şərh olunub. Filmdə Azərbaycanın indiki siyasi və iqtisadi müstəqilliyinin Heydər Əliyevin ölkəyə rəhbərliyi illərində yaradılmış potensiala əsaslandığı vurğulanır, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixində misilsiz rolu və zəhməti diqqətə çatdırılır. Xatırladaq ki, "Dəniz qüdrətli dahi" Ümummillli liderin dənizçilik sahəsinə diqqətindən bəhs edən ilk sənədli filmdir. Azərbaycan dilində hazırlanan film rus dilinə də tərcümə olunub.