Gündəm

Müəllim yanına getmədən 700 bal topladı - VİDEO

10 May 2017 18:35

Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlərin, adətən iki ili gərgin zəhmətlə, gecə-gündüz dərslə məşğul olmaqla, bütün günü müəllim yanına gedib hazırlaşmaqla keçir. Nəticədə isə hətta keçid balını toplaya bilmək belə abituriyentin də, onunla, demək olar ki, eyni zəhməti çəkən valideynlərinin də sevincinə səbəb olur. Ancaq Lahıc qəsəbəsində yaşayan bir gənc repetitor yanına getmədən ən yüksək nəticəni əldə edib. Öz müəllimi özü olan bu abituriyent 700 bal toplayıb.

Zəm-zəm quyusu haqqında bilinməyənlər - Yapon alimdən inanılmaz AÇIQLAMA 

10 May 2017 18:31

Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə, dünyanın ən sağlam və faydalı sularından olan zəm-zəm suyunun sirri hələ də müəmmalı olaraq qalır. Bu gün texnologiyaların son dərəcə inkişaf etdiyi bir vaxtda belə zəm-zəm suyunun mənbəyi tapılmır.

“Yadplanetli”ləri “Da Vinçi kodu”na BİRLƏŞDİRƏN SƏBƏB - VİDEO

10 May 2017 18:29

Yaxşı vaxt keçirməyin ən sadə yolu film seyr etməkdir. Sevdiyin, baxmaqdan doymadığın filmlərlə yanaşı yeni ekran işlərindən xəbərdar olmaq pis olmazdı. Amma elə filmlər də var ki, onlara baxmaq istəsən də əlçatan olmur. Çünki senzura ona qadağa qoyub, halbuki başqa ölkələrdə çox məşhurdur. Əlbəttə ki, qadağa səbəbləri müxtəlifdir.

Prezident İlham Əliyevin təşəbbüsünə beynəlxalq dəstək gəldi

10 May 2017 18:21

Bu gün Bakıda  "Beynəlxalq İƏT Modeli" Gənc Liderlər Zirvəsi öz işinə başlayıb. İslam Əməkdaşlıq Təşkilatı tərəfindən IV İslam Həmrəylik Oyunları ərəfəsində İƏT ölkələri gənclərinin həmrəyliyini inkişaf etdirəcək xüsusi gənclik proqramının keçirilməsi barədə qərar qəbul edilib. Həmin qərara əsasən, bu gün Gənclər və İdman Nazirlyi və Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (İƏT Gənclər Forumu) təşkilatçılığı ilə "Beynəlxalq İƏT Modeli Gənc Liderlər Zirvəsi" öz işinə başlayıb.

Prokuror qəzada həlak oldu: Uşaqlarına yazdığı vəsiyyət hər kəsi ağlatdı - VİDEO

10 May 2017 18:18

Türkiyədə Dənizli Respublika Baş prokuroru Mustafa Alperin içində olduğu minik avtomobili yük maşını ilə toqquşub. Qəzada Mustafa Alper və sürücüsünün öldüyü, bir mühafizəçisinin isə ağır yaralandığı deyilir. Qəzadan sonra qaçan yük maşınının sürücüsü tutularaq nəzarətə alınıb.

MTN generallarının məhkəməsində zərərçəkmiş şəxslər ifadə verib

10 May 2017 18:17

Bu gün Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ümumrayon iməciliyi keçirilib

10 May 2017 18:14

Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər  Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən tədbirlərin davamı olaraq rayon ərazisində ümumrayon iməciliyi keçirilmişdir.  Bu iməclikdə  məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək olmuşdur.

ADU-da ümummilli lider Heydər Əliyevə həsr olunmuş interaktiv konfrans keçirilib

10 May 2017 18:09

Mayın 10-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Samir Həmidovun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş interaktiv konfrans keçirilib.

Ermənistanda etiraz aksiyası - Kəndlilər yolu bağladılar

10 May 2017 18:08

Bu gün saat 12:40 radələrində bir qrup Ermənistan vətəndaşı magistral yolu bağlayaraq etiraz aksiyası keçirib.

Jurnalislər üçün pulsuz ingilis dili kursları onlayn rejimdə olacaq

10 May 2017 18:06

Azercell Telekom MMC daha bir yeniliyə imza atır.  Belə ki, 7 ildir jurnalistlər üçün təşkil olunan ingilis dili kursları artıq online rejimdə keçiriləcək. Kursların online rejimdə təşkil olunması rəqəmsallaşan həyatımızda media nümayəndələrinin işini asanlaşdıracaq, kurslara daha çox jurnalistin cəlb olunmasına şərait yaradacaq.

Taekvondo yığmamız İslamiadaya hazırdır

10 May 2017 18:02

“Çox çətin bir yarış olacaq. 3 aydı bu turnirə hazırlışırıq”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin taekvondoçusu Yaprak Eriş (57 kq) deyib. Bu gün Azərbaycan Taekvondo Federasiyasının idman zalında yığmanın açıq məşqi keçirilib.

Maşallah Əhmədov məhkəmədən vaxt istəyib

10 May 2017 18:01

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun apellyasiya şikayəti üzrə məhkəmə davam etdirilib. Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, zərərçəkmiş Y. Əzizovdan M. Əhmədovun daşları qaytaracağı təqdirdə onlar arasında barışığın mümkün olub-olmayacağını soruşub. Y. Əzizov isə buna razı olduğunu, ancaq M. Əhmədovun ona dəymiş maddi ziyanı da ödəməsini istəyib.

Türkiyə Hava Qüvvələri komandanı: "Azərbaycan strateji ortağımızdır"

10 May 2017 17:59

"Biz Azərbaycanlı qardaşlarımızla həmişə birlikdəyik". Bu sözləri İstanbulda keçirilən XIII Beynəlxalq Müdafiə Sərgisində açıqlamasında Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı  Abidin Ünal deyib.

“VAZ”la “Shacman” toqquşub-ölən və yaralananlar var

10 May 2017 17:57

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda “VAZ” markalı minik avtomobili ilə “Shacman” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olmuşdur. FHN-dən verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1987-ci il təvəllüdlü Fərid Cavanşir oğlu Seyidovun cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 04:52-də başa çatmışdır.

Türkiyədə PARTLAYIŞ: yaralılar var

10 May 2017 17:39

Türkiyənin şərqində Ağrı vilayətinin Doğubəyazit rayonunda əldədüzəltmə partlayıcı qurğunun partlaması nəticəsində Türkiyə HQ-nin 4 hərbçisi yaralanıb.