Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Gəmiçiliyin Türkiyə nümayəndəliyində qeyd edilib 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İstanbulda yerləşən Türkiyə nümayəndəliyində də qeyd edilib. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, nümayəndəliyin rəhbəri Orxan Qurbanov Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, gəmiçiliyin inkişafına göstərdiyi diqqət və qayğıdan, siyasi kursunun hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsindən bəhs edib. O.Qurbanov diqqətə çatdırıb ki, son illər Azərbaycanın sürətli inkişafı üçrəngli bayrağımızla üzən gəmilərimizin dünya sularına qayıdışını təmin edib. Tədbir Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən sənədli filmin nümayişi ilə başa çatıb.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin İstanbulda yerləşən Türkiyə nümayəndəliyində də qeyd edilib. "OLAYLAR"-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, nümayəndəliyin rəhbəri Orxan Qurbanov Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, gəmiçiliyin inkişafına göstərdiyi diqqət və qayğıdan, siyasi kursunun hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsindən bəhs edib. O.Qurbanov diqqətə çatdırıb ki, son illər Azərbaycanın sürətli inkişafı üçrəngli bayrağımızla üzən gəmilərimizin dünya sularına qayıdışını təmin edib. Tədbir Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən sənədli filmin nümayişi ilə başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31