“Azərsun Holdinq” Ümummilli liderin xatirəsini silsilə tədbirlərlə andı
Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə əlaqədar “Azərsun Holdinq” hər il olduğu kimi silsilə tədbirlər keçirir. Ulu Öndərin ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi, adıçəkilən Şirkətlər Qrupunun quruluşu və inkişafı üçün verdiyi dəstək daim “Azərsun” ailəsinin qəlbində yaşayır. Ümumilli liderimizin anım tədbirləri çərçivəsində Azərsun Holdinqin rəhbərliyi və kollektivi Ulu Öndərin məzarını ziyarət edərək, heykəli önünə əklil qoyub. Ümumilli liderin xatirəsinin yad edilməsi məqsədi ilə daha bir qrup “Azərsun Holdinq” əməkdaşları 3757 metr yüksəklikdə yerləşən “Heydər zirvəsi”nə yürüş həyata keçiriblər.
10 May 2017 17:30 SosialÜmumilli Lider Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə əlaqədar "Azərsun Holdinq" hər il olduğu kimi silsilə tədbirlər keçirir. Ulu Öndərin ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi, adıçəkilən Şirkətlər Qrupunun quruluşu və inkişafı üçün verdiyi dəstək daim "Azərsun" ailəsinin qəlbində yaşayır. Ümumilli liderimizin anım tədbirləri çərçivəsində Azərsun Holdinqin rəhbərliyi və kollektivi Ulu Öndərin məzarını ziyarət edərək, heykəli önünə əklil qoyub. Ümumilli liderin xatirəsinin yad edilməsi məqsədi ilə daha bir qrup "Azərsun Holdinq" əməkdaşları 3757 metr yüksəklikdə yerləşən "Heydər zirvəsi"nə yürüş həyata keçiriblər.
Qeyd edək ki, "Azərsun Holdinq" tərəfindən Ulu Öndərin xatirəsinə həsr olunmuş anım tədbirləri davam edir.