Fransadakı seçkilərin Parisin xarici siyasəti və regional proseslərə mümkün təsirləri
Ötən həftənin diqqət çəkən əsas məqamlarından biri Fransada keçirilən prezident seçkiləri oldu. Daha doğrusu seçkilərin ikinci mərhələsi. Birinci mərhələdə Yelisey sarayına rəhbərlik iddiasında olanlardan heç birinin fransızların mütləq əksəriyyətinin səsini qazana bilməməsi, səsvermənin növbəti mərhələsini qaçılmaz etmişdi. Beləliklə, may ayının 7-də fransız seçicilər səsvermə məntəqələrinə gedərək öz prezidentlərini seçdilər. Bu daha çox liberal dəyərləri özündə ehtiva edən Emmanuel Makron oldu. Məlumat üçün qeyd edək ki, prezident seçkilərinin ikinci turunda əsas mübarizə radikal meyilli Le Penlə liberal əhval ruhiyyəli Emmanuel Makron arasında gedirdi. Seçkilərin ikinci turunun mümkün, proqnozlaşdırılan nəticələri barədə hesabatlar açıqlayan yerli analitik mərkəzlər, eyni zamanda beynəlxalq ekspretlər daha çox radikal Le Penin seçkilərdə qələbə qazanacağını iddia edirdilər. Və bunu bir neçə amillə əsaslandırırdılar. Birincisi, qeyd edilirdi ki, son bir neçə ildə Fransada yaşanan terror olayları fransızları kifayət qədər radikallaşdırıb. Bu səbəbdən 7 may seçkilərində fransız seçicilər məhz radikal meyilli Le Penə səs verəcəklər.
10 May 2017 15:11 DünyaÖtən həftənin diqqət çəkən əsas məqamlarından biri Fransada keçirilən prezident seçkiləri oldu. Daha doğrusu seçkilərin ikinci mərhələsi. Birinci mərhələdə Yelisey sarayına rəhbərlik iddiasında olanlardan heç birinin fransızların mütləq əksəriyyətinin səsini qazana bilməməsi, səsvermənin növbəti mərhələsini qaçılmaz etmişdi. Beləliklə, may ayının 7-də fransız seçicilər səsvermə məntəqələrinə gedərək öz prezidentlərini seçdilər. Bu daha çox liberal dəyərləri özündə ehtiva edən Emmanuel Makron oldu. Məlumat üçün qeyd edək ki, prezident seçkilərinin ikinci turunda əsas mübarizə radikal meyilli Le Penlə liberal əhval ruhiyyəli Emmanuel Makron arasında gedirdi. Seçkilərin ikinci turunun mümkün, proqnozlaşdırılan nəticələri barədə hesabatlar açıqlayan yerli analitik mərkəzlər, eyni zamanda beynəlxalq ekspretlər daha çox radikal Le Penin seçkilərdə qələbə qazanacağını iddia edirdilər. Və bunu bir neçə amillə əsaslandırırdılar. Birincisi, qeyd edilirdi ki, son bir neçə ildə Fransada yaşanan terror olayları fransızları kifayət qədər radikallaşdırıb. Bu səbəbdən 7 may seçkilərində fransız seçicilər məhz radikal meyilli Le Penə səs verəcəklər.
Le Penin seçkilərin ikinci turunda qalib gələcəyi ehtimalını artıran digər bir arqument Fransadakı erməni lobbisinin məhz adıçəkilən şəxsə dəstək nümayiş etdirməsi idi. Hətta səsəvermə günündən iki-üç sutka əvvəl belə bir açıqlama verilmişdi ki, Fransadakı erməni lobbisinin mütləq əksəriyəti seçkilərdə məhz Le Penə səs verəcək. Amma bununla yanaşı Makrona səs verəcəyini açıqlayan erməni diaspor təşkilatları və lobbi üzvüləri də vardı.
Le Penin qələbə qazanacağı iddiası içərisində yer alan başqa bir arqument isə onun rəqibinin Qərbdə, xüsusilə də Birləşmiş Ştatlarda o qədər də arzuedilən olmaması ilə bağlıydı. Bunun başlıca səbəbi isə Emmanuel Makronun bir qədər Rusiya meyilli olmasıdır. Daha doğrusu Makronun Moskva ilə münasibətləri normal qaydaya salmaq istəyinin onun seçkilərdə qələbə qazanmaq şansının az olmasından xəbər verirdi. Ancaq göründüyü kimi 7 may seçkilərinin nəticələri tamamilə fərqli, yəni yüz minlərlə fransız, eləcə də ekspert və politoloqların proqnozlaşdırdığı kimi olmadı. Seçkilərdə liberal meyilli Emmanuel Makron qələbə qazandı. Beləliklə, növbəti 4 il müddətinə Yelisey sarayı məhz Emmanuel Makronun nəzarəti altında olacaq. Bəs görəsən Makronun prezident seçilməsi fransızlara nə verəcək? Ümumiyyətlə, 7 may seçkilərinin nəticələri, daha dəqiq desək Makronun Yelisey sarayına rəhbərlik etməsi "qoca qitə"də hansı yeniliklərlə yadda qalacaq?.
İlk növbədə onu demək olar ki, liberal düşüncəli Makron qarşıdakı 4 il müddətində də məhz liberal addımlar atmağa meyilli olacaq. Makronun özündən əvvəlki sələflərindən fərqli olaraq xarici siyasətdə bir sıra redaktələr edəcəyi şübhəsizdir. İlk sırada yuxarıda da qeyd etdiyimiz kimi Rusiya ilə münasibətləri daha da inkişaf
etdirmək dayanır. Məlumdur ki, Krım olayından bu günə qədər Rusiya bir sıra Avropa ölkələri, eləcə də Fransadan heç də gözləmədiyi bir reaksiyanı aldı. Əksər beynəlxalq konfrans və toplantılarda Moskvanın mövqeyi Paris tərəfindən kəskin tənqid olundu, şimal qonşumuza müəyyən sanksiyaların tətbiq edilməsi məsələsi məhz Paris tərəfindən gündəmə gətirildi. İndi isə situasiya tamamilə fərqli məcrada inkişaf edə bilər. Ən azından Makronun liberal meyilli olması və Rusiya ilə əməkdaşlığa maraq göstərməsi belə deməyə əsas verir. Proqnozlaşdırmaq olar ki, Makronun Yelisey sarayına rəhbərlik etdiyi dönəmdə Parislə Moskva arasında münasibətlər yenidən öz inkişaf mərhələsinə qədəm qoyacaq.
Xarici siyasətdə yeni fransız prezidentin atmış olduğu addımlardan biri Parisin referendum keçirməklə Avropa Birliyindən çıxması ola bilər. Təsadüfi deyil ki, Böyük Britaniyanın Avropa Birliyini tərk etməsindən sonra ilk növbədə Fransanın olduğu barədə fikirlər səslənirdi. Düzdür, zamanında Fransua Olland bunu təkzib etsə də, lakin fransızların əksəriyyətinin hazırda heç bir perspektivi olmayan Avropa Birliyində təmsil olunmağa meyiili görsənmədiyi göz önündədir. Hətta bir müddət sonra Makronun Avropa Birliyindən çıxmaq məqsədilə referendum qərarı verəcəyi də şübhə doğurmur.
Emmanuel Makronun Yelisey sarayının başına keçməsi bir sıra regional problemlərin həllinə də yardımçı ola bilər. Daha doğrusu həmin problemlərin həlli məsələsində ortaq fikir əldə oluna bilər. Bunu şərtləndirən başlıca amil bir tərəfdən Makronun liberal meyilli olmasıdırsa, digər tərəfdən yeni prezidentin Moskva ilə münasibətləri iniişaf etdirməyə maraq görünməsidir. Bu baxımdan söyləmək olar ki, qarşıdakı zaman kəsiyində Parislə Moskva pinsipial məsələlərdə ortaq razılığa gələcək və yeni əməkdaşlıq formatı müəyyən edəcəklər. Onu da qeyd etmək yerinə düşər ki, Paris-Moskva yaxınlaşması, anlaşması Dağlıq Qarabağ probleminin həlli məsələsində də özünü büruzə verə bilər. Belə ki, bundan sonra Dağlıq Qarabağ probleminin həlli məqsədilə şimal qonşumuzdan gələn təşəbbüslərə Parisin də dəstək verməsi mümkün görünür. ATƏT-in Minsk qrupunun iki həmsədr dövlətinin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı eyni mövqedə olması sözügedən münaqişənin həlli məsələsinə də öz müsbət təsirini göstərə bilər. Hər halda bütün bunların baş verib-verməyəcəyi Emmanuel Makronun Yelisey sarayına rəbərlik etdiyi zaman kəsiyində bəlli olacaq.
Süleyman