Azərbaycan diaspor təşkilatının nəzdində idman məktəbi açılıb

Türkiyənin Kocaeli vilayətinin Körfəz qəsəbəsində fəaliyyət göstərən Körfez Azərbaycan Mədəniyyət və İdman Dərnəyinin idman məktəbinin açılışı olub. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Dərnək Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) üzvüdür. Açılış mərasimində Kocaeli vilayətinin yerli özünüidarəetmə orqanlarının, diaspor təşkilatlarının, idman cəmiyyət və klublarının, idman ictimaiyyətinin, KİV nümayəndələri və digər qonaqlar iştirak edib. Tədbirdə çıxış edən dərnəyin rəhbəri Turqut Caferoğlu Mustafa Kamal Atatürkün idmançılarla bağlı “Mən idmançının zəki, çevik və əxlaqlısını sevirəm’’ fikrini xatırladaraq gələcəyin memarları olan uşaqları savadlı, fiziki və mənəvi cəhətdən sağlam həyat tərzinə alışdırmaq, idmanın kütləviliyini təmin etmək məqsədilə idman məktəbinin təşkil olunduğunu qeyd edib.

Türkiyənin Kocaeli vilayətinin Körfəz qəsəbəsində fəaliyyət göstərən Körfez Azərbaycan Mədəniyyət və İdman Dərnəyinin idman məktəbinin açılışı olub. Bu barədə məlumat "OLAYLAR"-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Dərnək Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) üzvüdür. Açılış mərasimində Kocaeli vilayətinin yerli özünüidarəetmə orqanlarının, diaspor təşkilatlarının, idman cəmiyyət və klublarının, idman ictimaiyyətinin, KİV nümayəndələri və digər qonaqlar iştirak edib. Tədbirdə çıxış edən dərnəyin rəhbəri Turqut Caferoğlu Mustafa Kamal Atatürkün idmançılarla bağlı "Mən idmançının zəki, çevik və əxlaqlısını sevirəm'' fikrini xatırladaraq gələcəyin memarları olan uşaqları savadlı, fiziki və mənəvi cəhətdən sağlam həyat tərzinə alışdırmaq, idmanın kütləviliyini təmin etmək məqsədilə idman məktəbinin təşkil olunduğunu qeyd edib.

TADEF sədri Bilal Dündar isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsini tədbir iştiraçkılarının diqqətinə çatdırıb. O, eyni zamanda o, Azərbaycan idmanına və idmançılara dövlətin qayğısından danışıb. Sonra B.Dündar Körfəz Azərbaycan Mədəniyyət və İdman Dərnəyini təbrik edərək burada idmanla məşğul olacaq gənclərə uğurlar arzulayıb. Körfəz Bələdiyyəsinin təmsilcisi Halil Kiçik "İdmanın Paytaxtı Körfəz" devizi altında qəsəbədə müxtəlif tədbirlərin həyata keçirildiyini və belə tədbirlərin davam etdilicəyinin bildirərək iştirakçılara təşəkkür edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31