Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş mini futbol yarışı keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş 2005-2006-cı il təvəllüdlü oğlanlar arasında mini futbol üzrə “Nardaran kuboku” yarışı keçirilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, yarışın keçirilməsində məqsəd Nardaran məktəblilərinin idmana olan marağını daha da artırmaq, futbol idman növünü məktəblilər arasında təbliğ etməkdən ibarət olub.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş 2005-2006-cı il təvəllüdlü oğlanlar arasında mini futbol üzrə "Nardaran kuboku" yarışı keçirilib. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, yarışın keçirilməsində məqsəd Nardaran məktəblilərinin idmana olan marağını daha da artırmaq, futbol idman növünü məktəblilər arasında təbliğ etməkdən ibarət olub. "Təhsil" Respublika İdman Mərkəzinin təkilatçılığl və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən yarışda 10 komanda mübarizə aparıb. Yarışda Bakı şəhəri 14 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin komandası "Nardaran kuboku"nun qalibi olub. "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası II yerə, 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası III yerə layiq görülüb. Qaliblər kubok, diplom və medallarla ilə təltif edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31