İxtirasına görə gənc alimə diplom təqdim edildi
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun “Sorbsiya prosesləri” laboratoriyasının rəhbəri, Günel Məmmədovanın yerli xammal əsasında Tomsonit tipli seolitin alınma üsulu ixtirası Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin diplom və pul mükafatına layiq görülüb. Bu münasibətlə bölmədə tədbirkeçirilib. Bölmədən “Olaylar” – a bildirlib ki, bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbirdə çıxış edərək bölmənin elmi müəssisələrində müvaffiq istiqamətlər üzrə aparılan tədqiqatlardan danışıb. Bölmədə bir sıra uğurlu naliyyətlərin, mühüm еlmi nəticələrinəldə olunduğunu qeyd edən akademik 2006-cı ildən etibarən 49 əməkdaşın 27 patent aldığını və bunlardan 21-nin ixtira olduğunu söyləyib.
10 May 2017 15:11 SosialAMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun "Sorbsiya prosesləri" laboratoriyasının rəhbəri, Günel Məmmədovanın yerli xammal əsasında Tomsonit tipli seolitin alınma üsulu ixtirası Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin diplom və pul mükafatına layiq görülüb. Bu münasibətlə bölmədə tədbirkeçirilib. Bölmədən "Olaylar" - a bildirlib ki, bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbirdə çıxış edərək bölmənin elmi müəssisələrində müvaffiq istiqamətlər üzrə aparılan tədqiqatlardan danışıb. Bölmədə bir sıra uğurlu naliyyətlərin, mühüm еlmi nəticələrinəldə olunduğunu qeyd edən akademik 2006-cı ildən etibarən 49 əməkdaşın 27 patent aldığını və bunlardan 21-nin ixtira olduğunu söyləyib.
Daha sonra Naxçıvan Muxtar Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Patent şöbəsinin müdiri Pəncalı Hüseynov G.Məmmədovaya diplom və pul mükafatını təqdim edib.