Gündəm
Ermənistan yeni ərazi iddialarında
Görünən odur ki, Ermənistan hələ də öz aqressiv və işğalçılıq siyasətini davam etdirməkdə qərarlıdır. Düşmən ölkənin bu günlərdə cəbhəninTərtər istiqamətində təxribata cəhdi belə deməyə əsas verir. Baxmayaraq ki, Azərbaycan tərəfi hələ də sülh prosesinə sadiqlik nümayiş etdirərək problemin danışıqlar yolu ilə həllinə maraqlı görünür, ancaq eyni mövqeni Ermənistan tərəfi sərgiləmir.
Məşhur DJ vəfat edib
Məşhur italiyalı musiqiçi, DJ Robert Mayls 47 yaşında dünyasını dəyişib. Qısamüddətli xəstəlikdən əziyyət çəkən R. Mayls İspaniyanın İbitsa şəhərində vəfat edib.
Elsevər Ağayev: “Əlilliyin artması hər kəsi narahat edir”
“Azərbaycanda əlilliyin verilmə qaydası elektronlaşdırılıb. Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlıq edilir”. Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
İtaliya Kubokunda finalın vaxtı dəyişdirildi
İtaliyada Kubok finalının vaxtı dəyişdirilib. Oyun mayın 17-də "Olimpico" stadionunda baş tutacaq. Daha öncə həlledici qarşılaşmanın iyunun 2-də keçirilməsi planlaşdırılmışdı. Amma "Yuventus"un Çempionlar Liqasının finalına çıxması tarixi dəyişdirməyə zərurət yaradıb. Belə ki, ən nüfuzlu klub turnirinin finalı iyunun 3-də Kardifdə oynanılacaq.
Lavrovun “İslam Dövləti” bəyanatı erməniləri yerindən oynadıb SİYASİ ANALİZ
Rusiyanın xarici işlər naziri Sergey Lavrov terrorçuların təslim olmamalarına rəğmən, “İslam Dövləti” qruplaşmasını məhv edəcəklərinə söz verib. Belə ki, rusiyalı nazir lazım gələrsə, Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatı (KTMT) ölkələri silahlı birləşmələrinin radikal islamçılarla mübarizədə yer alacağını bəyan edib. Lavrov KTMT-yə üzv ölkələrin hərbi birləşmələrinin sözügedən məsələdə hazır vəziyyətdə olduqlarını da deyib.
"Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin artan nüfuzunu göstərir"
“Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin artan nüfuzunu göstərir”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib. Bir neçə gün bundan öncə ölkəmizin Mədəniyyətlərarası Dialoq Forumuna artıq IV dəfə ev sahibliyi etdiyini xatırladan millət vəkili söyləyib ki, həmin gələnlərin ildən-ilə artması, digər ölkələrin dövlət başçılarınının bu tədbirlərə qatılması Azərbaycanın keçirdiyi beynəlxalq tədbirlərin dünyada böyük maraq doğruduğunu göstərir: “Azərbaycan çağırış etdiyi məsələlərə dair özünün nümunəsini ortaya qoyur.
Heydər Əliyev Gənc Tamaşaçılar Teatrında anıldı
Gənc Tamaşaçılar Teatrında müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub.Teatrdan “Olaylar” – a bildirlib ki, teatrın direktoru, əməkdar İncəsənət Xadimi Mübariz Həmidov çıxış edərək Azərbaycanın hərtərəfli inkişafında əvəzsiz xidmətləri olan, dünya arenasında ölkəmizin tanınması istiqamətində mühüm işlər görən dahi şəxsiyyət və siyasi xadim Heydər Əliyev haqqında danışıb. Çıxışdan sonra teatrda yeni bir tamaşanın məşqlərinə start verilib. Conatan Sviftin “Qulliver Cırtdanlar ölkəsində” gənc və istedadlı rejissor Elşad Rəhimzadənin səhnələşdirdiyi eyniadlı tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ramiq Nəsirov, rəqslərin quruluşçusu Əməkdar Artist Sənan Hüseynli, rejissor assistenti Sona Mustafayevadır.
İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Səhiyyə Nazirliyi iki tibb müəssisəsi ayırıb
Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Səhiyyə Nazirliyinin iki tibb müəssisəsi – Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi ayrılıb. Səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, bu məqsədlə təcili yardım briqadası tam hazır vəziyyətə gətirilib.
Nazir müavini: "Lisenziya varsa, Çində istehsal olunan dərmanların idxalına icazə verilir”
“Azərbaycana gətirilən bütün dərmanların keyfiyyətinə Səhiyyə Nazirliyi tərəfindən diqqətlə yanaşılır”. Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Nazir müavini Milli Məclisdə bəzi millət vəkillərinin Çin istehsalı olan dərmanların ölkəyə Avropa istehsalı olan dərmanlar adı altında gətirilməsi barədə fikirlərinə münasibət bildirərkən deyib ki, nazirliyin analitik ekspertiza mərkəzində dərmanların hər seriyası yoxlandıqdan sonra onların idxalına icazə verilir: “Ümumiyyətlə, dünyanın qəbul etdiyi qaydalar var ki, hər hansı istehsalçı öz məhsulunu Çində və ya başqa bir ölkədə istehsal edə bilər. Hətta Avropanın aparıcı şirkəti ucuz işçi qüvvəsinə görə hansısa dərmanın istehsalını Çində, Cənubi Koreyada və başqa ölkələrdə qura bilər. Əgər bunun üçün rəsmi lisenziyası varsa, onların Azərbaycana idxalına icazə verilir”.
"Kara sevda"nın aktrisası Londonda
"Kara sevda"nın ulduzu Zerrin Tekindor İngiltərə qadın Platformasının qonağı olub. Londonda keçirilən söhbət klubuna qatılan Zerrin 25 nəfərlə bir araya gəlib. Üç saata yaxın davam edən söhbətdə aktrisa sənətə necə gəlməsindən danışıb: "Məni coğrafiya müəllimim kəşf etdi. Konservatoriyaya girməyim üçün israr etdi. Yaxşı müəllim bir uşağın həyatını necə istiqamətləndirib dəyişir - mən buna örnəkəm. Uşaqlarınızı qətiyyən çərçivələməyin, onları sənətə yönləndirin".
"Beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın uğurudur"
“Ölkəmizdə beynəlxalq konfransların, tədbirlərin keçirilməsi çox əhəmiyyətlidir. Bu əlbəttə ki, Azərbaycanın uğuru, nailiyyəti eləcə də dünya səviyyəsində tanınması və qəbul edilməsi deməkdir”. Bunu millət vəkili Jalə Əliyeva deyb.
Samir Nuriyev: "Güzəştli mənzillə bağlı qeydiyyat yaxın günlərdə başlayacaq"
"Yaxın günlərdə güzəştli mənzil almaq istəyən şəxslərin qeydiyyata alınmasına başlanılacaq. Ölkə başçısının imzaladığı fərmana uyğun olaraq Azərbaycanda güzəştli şərtlərlə mənzil əldə etmək hüququna malik olan şəxslərin qeydiyyatı və həmin mənzillərin güzəştli şərtlərlə satılması prosesi elektron qaydada həyata keçiriləcək". bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) direktoru Samir Nuriyev deyib.
Maliyyə Nazirliyində ümummilli lider anılıb
Maliyyə Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə mərasim keçirilib. Nazirlikdən verilən məlumçata görə, tədbir iştirakçıları nazirliyin inzibati binasında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuş, ümummilli liderin əziz xatirəsini dərin ehtiramla yad etmişlər. Mərasimdə müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, vətən və xalq qarşısında tarixi xidmətlərindən bəhs olunmuşdur.
Şahin Mustafayev Gürcüstan səfiri ilə görüşüb
İqtisadiyyat naziri Şahin Mustafayev Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzeni qəbul edib.
"Şuşaya hücumda bizə ruslar da kömək edirdi..." - Erməni kapitan
Ötən gün mayın 9-da Şuşanın ermənilər tərəfindən işğal edilməsindən 25 il keçdi. Artıq 25 ildir ki, düşmən hər il bu günü "böyük qələbə" kimi qeyd edir. Şuşanın necə işğal edilməsi barədə çox yazılıb, danışılıb. Coğrafi mövqeyinə görə alınmaz qala olan bu qədim şəhərin xəyanət nəticəsində düşmənin əlinə keçməsi haqda deyilənlər hələ də aktualdır. Yaxud Şuşanın işğalında hansı xarici dövlətin əli olduğu barədə də mübahisələr hər il alovlanır.













