Ermənistan yeni ərazi iddialarında
Görünən odur ki, Ermənistan hələ də öz aqressiv və işğalçılıq siyasətini davam etdirməkdə qərarlıdır. Düşmən ölkənin bu günlərdə cəbhəninTərtər istiqamətində təxribata cəhdi belə deməyə əsas verir. Baxmayaraq ki, Azərbaycan tərəfi hələ də sülh prosesinə sadiqlik nümayiş etdirərək problemin danışıqlar yolu ilə həllinə maraqlı görünür, ancaq eyni mövqeni Ermənistan tərəfi sərgiləmir.
10 May 2017 13:55 Siyasətİşğalçı ölkə yenə təhdid və zor dilində danışır
Görünən odur ki, Ermənistan hələ də öz aqressiv və işğalçılıq siyasətini davam etdirməkdə qərarlıdır. Düşmən ölkənin bu günlərdə cəbhənin Tərtər istiqamətində təxribata cəhdi belə deməyə əsas verir. Baxmayaraq ki, Azərbaycan tərəfi hələ də sülh prosesinə sadiqlik nümayiş etdirərək problemin danışıqlar yolu ilə həllinə maraqlı görünür, ancaq eyni mövqeni Ermənistan tərəfi sərgiləmir. İşğalçı ölkənin Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Rusiya paytaxtında keçirilən görüşündən sonra bu kimi təxribatlara əl atması da deyilənləri təsdiq edir. Məlumat üçün qeyd edək ki, aprelin 28-də Moskvada Rusiya Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə Azərbaycan və Ermənistanın xarici siyasət idarəsi rəhbərlərinin görüşündən sonra, Ermənistan cəbhə bölgəsində təxribatlara cəhd etməyə başlayıb.

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, hər dəfə Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüşlərdən bir neçə gün keçməmiş Ermənistanın bu kimi, təxribat xarakterli hərbi fəaliyyəti müşayiət olunur. Politoloqun sözlərinə görə, məqsəd rəsmi Yerevanın destruktiv mövqe sərgiləməklə, danışıqları sabotaj etməkdir: "Bir neçə ay əvvəl ATƏT-in Hamburq konfransında XİN rəhbərlərinin görüşündən bir gün sonra Ermənistan təxribatlara əl atdı. Və, danışıqlar prosesi dayandı. Göründüyü kimi Azərbaycanın istənilən danışıqlara başlamaq niyyəti, Ermənistan tərəfindən pozulmağa cəhd edilir. Aprel ayı ölkəmizə Moskvadan Kremlin rəsmi və qeyri-rəsmi emissarları təşrif buyurdu. Onların mesajı Rusiya -Azərbaycan əlaqələrinin inkişafı və Qarabağ konfliktinin nizamlanması barədə mesajlar idi. Əlbəttə, bu mesajlarda ikitərəfli əlaqələrin müxtəlif spektrli inkişafı önə çəkilsə də, Qarabağ məsələsində fikirlər haçalanırdı. "Beynəlxalq Avrasiya hərəkatının"lideri, Kremlin qeyri-rəsmisi olan Aleksandr Duginin Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı açıqlamaları birmənalı olaraq, Rusiyanın xarici siyasətinin prioriteti kimi vurğuladı. O, konfliktin mümkün həllini beş, yaxud yeddi rayonla Qarabağsız mümkün saydı. Yəni, Azərbaycan Qarabağı kompromis görməlidir". Politoloq deyir ki, son dövrlər Moskvadan Azərbaycanın suverenliyini təhdid edəcək açıqlamaların verilməsi, Azərbaycana təzyiq vasitəsidir. Onun sözlərinə görə, Rusiya Xarici Kəşfiyyat idarəsinin sabiq sədri və XİN muavini olmuş ordu generalı Trubinikovun da açıqlamaları və irəli sürdüyü şərtlərdə Azərbaycan əleyhinə planlaşdırılmış bir kampaniyanın tərkib hissəsidir: " Trubkinov yeddi rayon qaytarılmaqla, Laçın dəhlizi əvəzinə Naxçıvana dəhlizi irəli sürür və bunun müqabilində Azərbaycan Qarabağa öz hüququndan əl çəkir. Moskvanın önəmli şəxslərindən verilən mesajlar onu deməyə əsas verir ki, ATƏT-in Minsk qrupunun üzvü olan Rusiyanın münaqişənin həllində vasitəçilik missiyası Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşıdır. Bu.ədalətsiz və beynəlxalq hüquq normalarına uyğun olmayan şərtləri Azərbaycana irəli sürürlər. Şimaldan verilən açıqlamalar Ermənistanın qeyri-konstruktiv mpvqeyini möhkəmləndirir. Bu arada Ermənistanın müdafiə naziri Vigen Sarksiyanın Şuşada Qarabağla bağlı açıqlamaları, separatçıları "müstəqil" subyekt kimi göstərməsi, bir daha Ermənistan hakimiyyətinin münaqişənin nizamlanmasında səmimi olmadığını göstərir. Və, bu yenidən hərbi əməliyyatların başlanmasına rəvac verir. Qeyd edək ki, qarşıdakı aylar hərbi əməliyyatların başlanması üçün hava şərtləri də uyğundur. Ermənistanın işğalçı ordusuna mütləq Ağdam və Füzuli istiqamətində mümkün zərbələr endirilməlidir. Bundan sonra növbəti mərhələdə Ermənistanın danışıqlar masasında kompromisə hazır olduğunu görə bilərik".
Əks halda Ermənistanın yeni təxribatlarının qaçılmaz olacağı, hətta Azərbaycan ərazilərinə hücum cəhdlərinin baş verəcəyi qaçılmaz olacaq. Elə bu günlərdə Rusiya-Ermənistan birləşmiş komandanlığının rəhbəri Markaryanın səsləndirdiyi fikirlər də İrəvanın hansısa qorxunc planlarından xəbər verir. Rusiya-Ermənistan birləşmiş komandanliginin rəhbəri general Markaryan bildirib ki, "Ermənistan dövləti təkcə indiki əraziləri ilə məhdudlaşmır, onun tarixi sərhədləri bərpa olunmalıdır və Şuşanın tutulması bu yöndə mühüm bir addımdır. Bu, həm də mənəvi qələbədir". Rusiya-Ermənistan birləşmiş komandanliginin rəhbəri general Markaryanın məlum açıqlaması Azərbaycan üçün kifayət qədər təhdiddir və növbəti təhlükələrdən xəbər verir. Hər halda general Markaryanın bu sərsəm açıqlaması ciddiyə alınmalıdır.
Məhəmməd