Şahin Mustafayev Gürcüstan səfiri ilə görüşüb
İqtisadiyyat naziri Şahin Mustafayev Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzeni qəbul edib.
10 May 2017 13:11 İqtisadiyyatİqtisadiyyat naziri Şahin Mustafayev Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzeni qəbul edib. Bu barədə İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin mövcud vəziyyətinə dair fikir mübadiləsi aparılıb, nəqliyyat, tranzit, sənaye, turizm, İKT və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31