Məşhur DJ vəfat edib
Məşhur italiyalı musiqiçi, DJ Robert Mayls 47 yaşında dünyasını dəyişib. Qısamüddətli xəstəlikdən əziyyət çəkən R. Mayls İspaniyanın İbitsa şəhərində vəfat edib.
10 May 2017 13:47 DünyaMəşhur italiyalı musiqiçi, DJ Robert Mayls 47 yaşında dünyasını dəyişib. Qısamüddətli xəstəlikdən əziyyət çəkən R. Mayls İspaniyanın İbitsa şəhərində vəfat edib. Əsl adı Roberto Konkina olan musiqiçi 1995-ci ildə "Children" (Uşaqlar) mahnısı ilə məşhurlaşıb. 12 ölkənin musiqi çartlarında birinci olan R. Mayls 1997-ci ildə Britaniyanın ən yaxşı beynəlxalq nailiyyət mükafatına layiq görülüb. R. Mayls 1969-cu ildə İsveçrədə anadan olub. "Children" hitindən sonra o daha beş albomun müəllifi olub. Apa.az BBC-ə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31