Gündəm
Azərbaycan səfiri ermənilərin təxribatı ilə bağlı Rusiya XİN-ə müraciət edib - YENİLƏNİB
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu mayın 9-da Moskvada keçirilən "Ölümsüz alay" aksiyası zamanı erməni tərəfinin təxribatları ilə əlaqədar Rusiyanın müvafiq rəsmi qurumlarına şikayət edib.
"Liverpool" mövsümün ən yaxşı futbolçusunu seçdi
"Liverpul"un yarımmüdafiəçisi Sadyo Mane 2016/17 mövsümündə komandanın ən yaxşı futbolçusu seçilib. Seneqal millisinin 25 yaşlı üzvü komanda yoldaşları arasında keçirilən səsvermədə qalib olub.
"Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti dəyişməyəcək"
Fransanın hər zaman Ermənistanı dəstəkləməsinə və erməni "soyqırımı"nın tanınması barədə qətnamənin təşəbbüskarlarından biri olmasına baxmayaraq, yeni prezident Emmanuel Makronun seçilməsindən sonra Dağlıq Qarabağ münaqişəsi ilə, ümumilikdə Cənubi Qafqazla bağlı siyasəti dəyişməyəcək.
Dihaj "Eurovision"da oxudu - Erməni kanalı təxribat etdi
Ermənistanın birinci kanalının şərhçiləri "Eurovision" mahnı müsabiqəsinin yayımı zamanı növbəti təxribata əl atıblar. Bu barədə Rusiyanın gazeta.ru xəbər saytı məlumat yayıb. Bildirilib ki, müsabiqə zamanı Dihajın çıxışından əvvəl çarx yayımlanmağa başlayıb. Şərhçilər Dihajın və Azərbaycanın adını çəkməyiblər.
Hava pisləşəcək, güclü külək əsəcək, yağış, dolu yağacaq
Mayın 11-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
"Rabitə işi" üzrə məhkəmə prosesi təxirə düşüb
Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi baş tutmayıb.
ADMİU tələbələri Ağsu rayonunda
Ağsu rayon İcra Hakimiyyəti və Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə Musiqi sənəti fakültəsinin professor-müəllim və tələbə heyəti ümummilli lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş konsert proqramında iştirak ediblər.
Ayla Həsənova III oldu
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin dəstəyi ilə 2017 ilin mart ayında Həsənova Ayla Tahir qızı “Testen art Baku” müsabiqəsində 3-cü yeri tutub. Ayla Həsənova həmən ilin may ayında Türkiyənin Antalya şəhərində keçirilən Harmony müsabiqəsində Grand Prize mükafatına layiq görülmüşdü.
Ümumilli Lider Kuba Respublikasında anıldı
Azərbaycanın Kubadakı səfirliyi tərəfindən Havana şəhərində “Amerika Evi” İctimai Mərkəzində Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş “Xalqın xilaskarı” adlı ictimai tədbir keçirilib. Səfirlikdən “Olaylar” – a bildirilib ki, tədbirdə Havanada akkreditə edilmiş diplomatik nümayəndəliklərin rəhbərləri, Kuba XİN-in rəsmiləri, müxtəlif hökumət qurumları və Kubanın yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Gəncədə poliklinika 212 min 500 manata özəlləşdirilib
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 10 may tarixində keçirilən növbəti hərrac zamanı paytaxtın müxtəlif rayonlarında yerləşən, o cümlədən regionlarda yerləşən kiçik dövlət müəssisələri, habelə nəqliyyat vasitələri özəlləşdirilib.
Tanınmış alim vəfat edib
Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Nzail Canibəyov 75 yaşında dünyasını dəyişib.Nazil Canibəyov 1942 - ci il sentyabrın 21 - də Bakı şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirib.
Qafqazşünaslıq İnstitutunda - Ümummilli lider Heydər Əliyev
AMEA-nın Qafqazşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “dəyirmi masa” keçirilib. Akademiyadan “Olaylar” – a bildirlib ki, elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı xalqımızın tarixində dahi şəxsiyyət Heydər Əliyevin çoxcəhətli fəaliyyətindən söz açıb, dövlətimizin xarici siyasət strategiyasının müəyyənləşdirilməsində və həyata keçirilməsində ulu öndərin tarixi xidmətlərindən danışıb.
Azərbaycanlı hakim İslamiadaya təyinat alıb
Mayın 12-22-də Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək boks yarışlarını idarə edəcək hakimlərin siyahısı müəyyənləşib. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, “Bakı Kristal Zal”da baş tutacaq döyüşlərə 27 ədalət təmsilçisi təyinat alıb.
Gənc əsgərlərin andiçmə mərasimi keçirilir
Mayın 10-da Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilir. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, təntənəli mərasimlər Silahlı Qüvvələrin birlikləri, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin hərbi hissələrinin ərazilərində təşkil olunub.
Bişkekdə Şuşanın işğalının 25 illiyi qeyd edilmişdir
Türkdill dövlətlərin siyasətinə dəstək fondunun, İssık Kul Azərbaycanlılarının “Xəzər” İctimai birliyi və Qırğızıstandakı Azərbaycanıların əlaqələndirmə mərkəzi İctimai birliklərinin birgə keçirdiyi tədbirdə yazıçılar, Qırğızıstandakı Azərbaycan diasporunun fəalları və Qırğızıstan cəmiyyətinin üzvləri iştirak etmişdirlər. Mərasimdə çıxış edən Türkdill dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmməov, Fondun vise prezidenti Osman Səfərov, İssık Kul Azərbaycanlılarının “Xəzər” İctimai birliyinin prezidenti Ziyəddin Hüseynov, Qırğızıstandakı Azərbaycanıların əlaqələndirmə mərkəzi İctimai birliyinyn Prezidenti Cəbi Rəsulov, şair- tərcüməçi Mukan Asanaliyev çıxış edərək Şuşanın işğalı ilə bağlı maraqlı faktlardan danışmışlar.














