Tanınmış alim vəfat edib
Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Nzail Canibəyov 75 yaşında dünyasını dəyişib.Nazil Canibəyov 1942 - ci il sentyabrın 21 - də Bakı şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirib.
10 May 2017 12:36 SosialƏməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Nzail Canibəyov 75 yaşında dünyasını dəyişib.Nazil Canibəyov 1942 - ci il sentyabrın 21 - də Bakı şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirib. O, 1972-ci ildə kimya üzrə fəlsəfə doktoru, 1987-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1994-cü ildə isə professor elmi adını alıb. 2007-ci ildə AMEA‐nın müxbir üzvü seçilib.
Qeyd edək ki, N.Canibəyov 224 elmi əsərin, o cümlədən 20 müəlliflik şəhadətnaməsi və 17 patentin müəllifi idi. Onun əsərlərinin çox hissəsi xaricdə çap olunub.