Gündəm
"Hurriyet Daily News": "Prezident İlham Əliyev Heydər Əliyevin arzuladığı müasir Azərbaycanı yaradır"
Əgər bu gün Ümummilli Lider Heydər Əliyev yaşasaydı, onun 94 yaşı olacaqdı. Bunu Türkiyənin "Marmara Qrup" fondunun prezidenti Akkan Suver "Hurriyet Daily News" qəzetində Azərbaycanın ümummilli lideri Heydər Əliyevə həsr olunmuş məqaləsində yazıb.
Buffon 10-cu oldu: Avropada Kasilyas, bizdə Sadıqov
Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində "Monako" ilə cavab görüşü "Yuventus"un qapıçısı Canluici Buffon üçün əlamətdar olub. Təcrübəli əlcək sahibi avrokuboklarda yubiley - 150-ci oyununu keçirib. İtaliyalı qolkiper ikinci "yüzlüy"ü yarılayan 10-cu futbolçu kimi tarixə düşüb. Buffon ingiltərəli Ceymi Karragerlə 9-10-cu yerləri bölüşür.
Məşqçi: "Türkiyəli gimnastlar ən azı bir medal qazanacaqlarına inanırlar"
Hesab edirik ki, komandamızın Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika yarışlarında medal qazanmaq üçün yüksək şansları var. Bunu Türkiyə yığmasının məşqçisi Ayşin Erten deyib.
İnstaqramda yeni funksiya aktivləşdirildi
"Facebook" sosial şəbəkəsinin aktivləşdirdiyi "Facebook Lite" "Messenger Lite" funksiyası ilə istifadəçilər proqramların içərisinə daxil olmadan mobil cihazlardan şəkillər paylaşa bilir.
Bahalı daş-qaşlarla dolu məzar tapıldı
Tarix boyu axtarılan xəzinələr sən demə məzarlarda gizli imiş. Müxtəlif filmlərdə gördüyümüz xəzinə xəritərələri adalardan deyil, məhz Romadan tapıldı. İlk dəfə olaraq 1578-ci ildə ortaya çıxan Roma məzarları tarix həvəskarlarının diqqətini çəkir. Romanın tarixi qədər maraqlı tarix demək olar ki, yoxdur. Burada yerləşən ehramların hər biri geniş və maraqlı tarixi hadisələrdən xəbər verir .
İŞİD 40 hərbçisini asdı - SƏBƏBLƏRİ
İŞİD terror təşkilatı fərarilik edən 40 üzvünü edam edib. Kərkük şəhərinə bağlı olan Havice rayon İcra Hakimiyyətinin başçısı Sebhan el-Cubburinin sözlərinə görə, İŞİD xüsusilə Səlahəddin və Kərkük münaqişələrində uğursuz iştirak edən 40 nəfər hərbiçisini edam edib. Edam olunan əsgərlərin İraq və Səudiyyə Ərəbistanı vətəndaşlarından ibarət olduğu deyilib.
Ənənəvi düşərgə liderləri müxalifətdən "pensiyaya" çıxmağa razıdırlar?
AXCP sədri Əli Kərimlinin partiyasına alternativ olaraq fəaliyyət göstərən digər AXCP-nin sədri Razi Nurullayev növbəti dəfə ənənəvi düşərgədəki müxalifət partiyalarını, eləcə də onların rəhbərlərini sərt şəkildə tənqid edib.
"Qarabağ" yeni mövsümdən meydana ulduzlu forma ilə çıxacaq
"Qarabağ" 2017-2018 mövsümündən oyunlara ulduzlu formalarla çıxacaq. Bu barədə report-a klubun baş direktoru Emrah Çelikel məlumat verib. E.Çelikelin sözlərinə görə, "Qarabağ" 5 qat Azərbaycan çempionu olduğu üçün belə qərar qəbul edilib. Klub rəsmisi formadakı loqo üzərində 1 ulduzun təsvir olunacağını vurğulayıb.
Kıbrısın iki ən reytinqli televiziya kanalında “Heydər Əliyev və Azərbaycan Saatı”
Şimali Kiprdə fəaliyyət göstərən Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti (AKDC) tərəfindən Kıbrısın iki ən reytinqli televiziya kanalında – “Kıbrıs TV” və “Ada TV”-də canlı yayım ilə “Heydər Əliyev və Azərbaycan Saatı” keçirilib.
Ermənilər mövqelərimizə 7 mərmi atıb
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan da (7 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub.
Daha 5 mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti dövlət qeydiyyatına alınıb
İqtisadiyyat Nazirliyi tərəfindən ölkənin mənzil-kommunal təsərrüfatı sahəsində yeni münasibətlərin təbliği, eləcə də çoxmənzilli binalarda bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan yeni idarəetmə üsullarına keçid istiqamətində maarifləndirmə işləri davam etdirilir.
Deputatımız TÜRK PA-nın komissiya iclasına qatılcaq
Milli Məclisin deputatı Sədaqət Vəliyeva mayın Türkiyənin Amasiya şəhərinə səfər edib. Milli Məclisdən verilən məlumata görə, millət vəkili Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının iclasında iştirak edəcək.
Güləşçilərimiz Batumidə turnirdə iştirak edəcək
May-ın 13-14-də Gürcüstan Respublikasının Batumi şəhərində Dünya Çempionu Muxran Vaxtanqadzenin şərəfinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçiriləcək.
Milli qəhrəmanın anadan olduğu kəndin yolu təmir edilib
Biləsuvar rayonunun Əliabad kəndinin giriş yolu əsaslı şəkildə təmir olunub. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, sözügedən yolun uzunluğu 2 km-dir və başlanğıcını Ələt – Astara - İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 106 km-dən götürür.
“Azəravtoyol”da Heydər Əliyevin 94-cü ildönümü qeyd edilib
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan “Heydər Əliyevin müasir yol infrastrukturuna qayğı və töhvələri” adlı tədbir keçirilib.














.jpg)