Kosta: Aİ Ukraynaya əlavə 46,7 milyard avro ayırmağa hazırdır-ÖZƏL
10:41 DünyaAvropa İttifaqı Ukraynanın tələb etdiyi əlavə 70 milyard avronun təxminən 46,7 milyard avrosunu, yəni üçdə ikisini ödəməyə hazırdır.
Olaylar.az xəbər verir ki, bunu Avropa Şurasının prezidenti Antonio Koşta bildirib.
Onun sözlərinə görə, Avropa Komissiyası maliyyə dəstəyi ilə bağlı konkret qərarlar üzərində işləyir. Koşta noyabrda razılığa gəlinəcəyinə ümid etdiyini, mümkün olmadıqda isə məsələnin dekabrın 17-18-də keçiriləcək iclasda müzakirə ediləcəyini qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31