Milli qəhrəmanın anadan olduğu kəndin yolu təmir edilib

Biləsuvar rayonunun Əliabad kəndinin giriş yolu əsaslı şəkildə təmir olunub. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, sözügedən yolun uzunluğu 2 km-dir və başlanğıcını Ələt – Astara - İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 106 km-dən götürür.

Biləsuvar rayonunun Əliabad kəndinin giriş yolu əsaslı şəkildə təmir olunub. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, sözügedən yolun uzunluğu 2 km-dir və başlanğıcını Ələt - Astara - İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 106 km-dən götürür. Uzun müddət idi ki, əsaslı şəkildə təmir olunmayan yolda qabarmış və dağılmış hissələr yaranmışdır. Yolun bu vəziyyətdə olması həm avtonəqliyyat vasitələrinin, həm də vətəndaşların gediş-gəlişində xüsusən payız-qış aylarında müəyyən çətinliklər yaradırdı. Artıq bu problemlər köklü şəkildə həllini tapıb. Təmir-tikinti işləri çərçivəsində əvvəllər eni 4 metr olan yolun hərəkət hissəsi genişləndirilərək 6 metrə çatdırılıb. Bunun üçün zəruri olan yerrlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə xüsusi material tökülərək yeni yol yatağı inşa edilib, yol əsasının tikintisi işləri aparılıb. 2 hərəkət zolaqlı olan yolun kənarlarında 1 m enində çiyinlər qurulub.

Qeyd edək ki, Milli Qəhrəman Mübariz İbarhimov Biləsuvar rayonu Əliabad kəndində anadan olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31