“Azəravtoyol”da Heydər Əliyevin 94-cü ildönümü qeyd edilib

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan “Heydər Əliyevin müasir yol infrastrukturuna qayğı və töhvələri” adlı tədbir keçirilib.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan "Heydər Əliyevin müasir yol infrastrukturuna qayğı və töhvələri" adlı tədbir keçirilib. Səhmdar Cəmiyyətdən "OLAYLAR"-a bildirilib ki, tədbirdə açılış nitqi ilə çıxış edən "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov müstəqil dövlətimizin memarı və qurucusu olan Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, neft və sənaye sahələrinə verdiyi töhvələr, həyata keçirdiyi irimiqyaslı layihələrdən söz açıb. Bununla yanaşı S. Məmmədov Azərbaycanın müstəqil dövlət quruculuğunda, ölkənin sosial-iqtisadi inkişafında əldə etdiyi bütün nailiyyətlərin təməlində, heç şübhəsiz, ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş, onun layiqli davamçısı Prezident İlham Əliyevin müasir dövrün reallıqlarına uyğun qətiyyət və ardıcıllıqla gerçəkləşdirdiyi mükəmməl strategiya, uğurlu xarici və daxili siyasətin dayanmasından geniş söhbət açaraq çıxışını yekunlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31