Ermənistan müxalifəti növbədənkənar seçkilərə hazır olduğunu bildirib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın "Güclü Ermənistan" partiyası ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinə hazır olduğunu bəyan edib. Partiyanın fraksiya rəhbəri Narek Karapetyan Baş nazir Nikol Paşinyanın yeni Konstitusiyanın qəbulu və Azərbaycanla sülh gündəliyi çərçivəsində növbədənkənar seçkiləri istisna etməməsi ilə bağlı açıqlamasına münasibət bildirərək, "Biz hazırıq, təkcə tarixi desinlər. İnsanlar bitməyən güzəştlərə qarşı öz etiraz səsini ucaltmalıdırlar", - deyə qeyd edib. 

Xatırladaq ki, oktyabrın 22-də keçirilən brifinqdə Nikol Paşinyan yeni Konstitusiyanı qəbul etmək və konstitusiya çoxluğunu əldə etmək üçün növbədənkənar seçkilərə gedə biləcəklərini vurğulamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31