Deputatımız TÜRK PA-nın komissiya iclasına qatılcaq
Milli Məclisin deputatı Sədaqət Vəliyeva mayın Türkiyənin Amasiya şəhərinə səfər edib. Milli Məclisdən verilən məlumata görə, millət vəkili Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının iclasında iştirak edəcək.
10 May 2017 12:00 SosialMilli Məclisin deputatı Sədaqət Vəliyeva mayın Türkiyənin Amasiya şəhərinə səfər edib. Milli Məclisdən verilən məlumata görə, millət vəkili Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının iclasında iştirak edəcək. Toplantıda TürkPA medalı və TürkPA Katibliyinin Maliyyə Əsasnaməsi ilə əlaqədar müzakirələr aparılacaq. Deputatımız müzakirə olunacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək. Səfər mayın 13-də başa çatacaq.