Gündəm

Rusiyaya məxsus gəmidən silahlar aşkarlanıb

10 May 2017 11:48

Aprelin 27 – də Türkiyənin Kilyos sahilində batan Rusiyaya məxsus  “Liman” gəmisinə məxsus avadanlıqlar və silahları dəniz sahilində tapılıb.

Faciənin qarşısı alındı

10 May 2017 11:46

Türkiyənin Bitlis vilayətində  aparılan antiterror əməliyyatı həyata keçirilib. Əməliyyat zamanı  hüquq mühafizə orqanları vilayətin Tatvan rayonunun Tokaclı kəndi yaxınlığında torpağa basdırılmış, partlayıcı qurğuların hazırlanmasında istifadə edilən 380 kiloqram nitrat tuşusu və  çoxlu sayda silah – sursat aşkarlayıb. Aşkarlanan silah və nitrat turşusu hadisə yerindəcə prakurorluğa təhvil verilib.

Putinlə Makron birləşib Qarabağda nə edə bilər?

10 May 2017 11:44

Kreml Fransadakı prezident seçkilərinin nəticələrindən və iki rusofil namizədin-Fransua Fiyonun və le Penin məğlubiyyətindən məyusdur. Lakin beynəlxalq təhlükəsizlik naminə seçkilərin qalibi, praqmatik siyasətçi Emmanuel Makronla işləməyə borcludur.

Ümummilli Lider İstanbulda anıldı

10 May 2017 11:42

Bu gün Türkiyənin İstanbul şəhərinin Sarıyer bölgəsində   Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə Ümumimilli Lider Heydər Əliyevin anadan olmasının  94 -cü ildönümü – anım mərasimi keçirilib.

"Qarabağ münaqişəsinin həlli üçün ciddi danışıqların vaxtıdır"

10 May 2017 11:38

Ermənistan və Azərbaycan təmas xəttində hərbi əməliyyatların başlamasının mümkünlüyü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə bütün vasitəçiləri narahat edir.

"Cesur ve Güzel"in finalı haqda açıqlama

10 May 2017 11:36

"Cesur ve Güzel" serialının erkən final edəcəyi barədə xəbərlərə yeni açıqlama gəlib. Baş rollarında Kıvanç Tatlıtuğ və Tuba Büyüküstünün çəkildiyi ekran işinin hələ davam edəcəyi deyilib.

Prezident İlham Əliyev və xanımı ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyasında iştirak ediblər

10 May 2017 11:34

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Qala-Türkan avtomobil yolunun ətrafında salınmasına başlanılan yaşıllıq massivində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən ağacəkmə aksiyasında iştirak ediblər. 

Sumqayıtda doğuş zamanı baş verən ana və körpə ölümünün ilkin SƏBƏBİ AÇIQLANDI

10 May 2017 11:32

Sumqayıt şəhər 1 saylı Doğum evində qeydə alınan ana və körpə ölümünün ilkin səbəbləri açıqlanıb. Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, ölkənin baş mama-ginekoloqu Sevinc Məmmədova açıqlamasından bildirib ki, 38 yaşlı Sumqayıt sakini Gülnarə Əkbərovanın üçüncü övladını dünyaya gətirmək üçün xəstəxanaya gəlib.

"İslamiada zamanı hərəkətin təhlükəsizliyini 1200 yol polisi təmin edəcək"

10 May 2017 11:29

Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru, IV İslam Həmrəyliyi Oyunları zamanı Nəqliyyat sisteminin tənzimlənməsi və idarə olunması üzrə Koordinasiya Şurasının sədri Vüsal Kərimli və Daxili İşlər Nazirliyi Baş DYP İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən atletlərin daşınması üçün ayrılan nəqliyyat vasitələrini idarə edən sürücülərlə görüşüb.

Özcan Dənizin yeni sevgilisi - 18 yaş fərq var 

10 May 2017 11:26

Müğənni və aktyor Özcan Dənizin yeni sevgilisi bəlli olub. Özcanın yeni sevgilisi aparıcı və bloqqer Selin Yağçıoğludur. Münasibətlərini gizlətmək istəyən cütlük görüşlərini gözdən uzaq məkanlarda keçirirlər.  Onlar İnstaqramda da bir-birini izləmirlər. Lakin Ö.Dəniz yaxın ailə üzvləri Yağcıoğlu ilə bir-birini sosial mediada təqib edir.

İlham Əliyev: "İslam Həmrəyliyi Oyunları bütün İslam dünyasının birlik, həmrəylik günləri olacaq"

10 May 2017 11:22

İslam Əməkdaşlıq Təşkilatının rəsmi mətbuat orqanı olan "OIC Journal" jurnalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır" sərlövhəli məqaləsi dərc edilib.

Prezident İlham Əliyev və xanımı Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

10 May 2017 11:21

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü günüdür.

Dilqəm və Şahbazdan XƏBƏR VAR

10 May 2017 11:13

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara baş çəkib.  BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəriİlahə Hüseynova bildirib ki, onlara ailələri ilə məlumat mübadiləsi aparmaları üçün şərait yaradılıb və baş çəkmə BQXK-nın standart proseduralarına uyğun aparılıb.

Orta təhsilini başa vura bilməyən şagirdlər üçün imtahan keçiriləcək

10 May 2017 11:14

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini başa vura bilməyən şagirdlər üçün 11-13 may tarixlərində eksternat imtahanları keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən daxil olub. Bildirilib ki, qeydiyyat və sənəd qəbulu aprelin 3-dən 21-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılıb.