Paşinyanın bəyanatları nə qədər etibarlıdır?-Deputat
11:43 Siyasət"Biz Ermənistana inanmalıyıqmı? Yaxud hakimiyyətdə olan Paşinyanın bəyanatları nə qədər etibarlıdır? Mənə elə gəlir ki, o qədər etibarlı deyil". "Olaylar" xəbər verir ki, bunu Milli əclisin deputatı Azay Quliyev parlamentin iclasında çıxışı zamanı deyib: "Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin konstitusiyası ilə bağlı referendum və mümkün erkən seçkilər barədə ziddiyyətli açıqlamalar verır. Bu, onun bəyanatlarının etibarlılığını şübhə altına alıb. Paşinyan siyasi rəqiblərini referendumla bağlı qərar vermədikləri halda erkən seçki keçirməklə hədələyib. Paşinyan bir həftə əvvəl referendum və sənədin imzalanması məsələsinin 2031-ci ilədək həll olunmalı olduğunu söyləyib, son açıqlamasında isə bunun 2027 və ya 2028-ci illərdə həllini nəzərdə tutduqlarını bildirib. Mənə görə, dünənki bəyanatın əsas səbəbi məhz bu idi. 'Kövrəkdir' sözü bəlkə də Ermənistana bir mesaj, siqnal idi".
Deputat əlavə edib ki, başqa ölkəyə ərazi iddiasının konstitusiyada əks olunması Ermənistanın daxili işi sayıla bilməz: "Ermənistanın konstitusiyası və digər məsələlərdə Türkiyəyə qarşı ərazi iddiaları da normallaşma prosesinə mane olur".