Giya Volski Gürcüstandakı müxalifəti və Avropa liderlərini təxribatda ittiham edib – ÖZƏL
11:49 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstan Parlamenti sədrinin birinci müavini Giya Volski sosial şəbəkədə bəyan edib ki, müxalifət partiyaları saxta ittihamlarla ölkədə sabitliyi pozmağa, dövlət idarəçiliyini sabotaj etməyə və inqilabi ssenarilər həyata keçirməyə cəhd edirlər. O, bu proseslərin arxasında 2012-ci ilə qədər hakimiyyətdə olmuş qüvvələrin dayandığını və onların Gürcüstanı qlobal münaqişələrin qurbanına çevirmək istədiklərini bildirib. Volski həmçinin bəzi Avropa strukturlarının və siyasi liderlərinin bu proseslərə maliyyə və siyasi dəstək verərək "hücumların ön sırasına" keçmələrindən təəssüfünü ifadə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31