Rusiyaya məxsus gəmidən silahlar aşkarlanıb
Aprelin 27 – də Türkiyənin Kilyos sahilində batan Rusiyaya məxsus “Liman” gəmisinə məxsus avadanlıqlar və silahları dəniz sahilində tapılıb.
10 May 2017 11:48 DünyaAprelin 27 - də Türkiyənin Kilyos sahilində batan Rusiyaya məxsus "Liman" gəmisinə məxsus avadanlıqlar və silahları dəniz sahilində tapılıb. Ötən gün Kilyos sahilində 20 ədəd qumbara, Qaynaraca Qaraboğaz sahilində isə sandıq içində 7 ədəd mina və qumbara kapsulu aşkarlanıb. Hadisəyerinə gələn təhlükəsizlik qüvvələri tapılan silahları yoxlamaq üçün müsadirə edib. Bütün sahil qəsəbələrinin əhalisinə tapılan şübhəli əşyalar haqqında təhlükəsizlik orqanlarına və polisə məlumat verilməsi haqqında məlumat verilib.
Xəbəri "Olaylar" - ın Türkiyə bürosu yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31