Ümumilli Lider Kuba Respublikasında anıldı

Azərbaycanın Kubadakı səfirliyi tərəfindən Havana şəhərində “Amerika Evi” İctimai Mərkəzində Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş “Xalqın xilaskarı” adlı ictimai tədbir keçirilib. Səfirlikdən “Olaylar” – a bildirilib ki, tədbirdə Havanada akkreditə edilmiş diplomatik nümayəndəliklərin rəhbərləri, Kuba XİN-in rəsmiləri, müxtəlif hökumət qurumları və Kubanın yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Kubadakı səfirliyi tərəfindən Havana şəhərində "Amerika Evi" İctimai Mərkəzində Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş "Xalqın xilaskarı" adlı ictimai tədbir keçirilib. Səfirlikdən "Olaylar" - a bildirilib ki, tədbirdə Havanada akkreditə edilmiş diplomatik nümayəndəliklərin rəhbərləri, Kuba XİN-in rəsmiləri, müxtəlif hökumət qurumları və Kubanın yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Xatirə tədbirində çıxış etmiş Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehov, hər il 10 May tarixinin Azərbaycan xalqı tərəfindən böyük ehtiramla anıldığını bildirmiş və ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən geniş bəhs etdi. C.Salehov, Azərbaycanın müstəqillik tarixindən və 20 Yanvar faciəsinin baş vermə səbəblərindən söz açaraq, SSRİ rəhbərliyinin ölkəmizin ərazi bütövlüyünün pozulmasına yönəlmiş erməni təcavüzkarlığına dəstək verdiyi ağır bir dövrdə ulu öndər Heydər Əliyevin öz həyatını təhlükə qarşısında qoyaraq qətiyyətli addımları barədə bəhs etmişdir. C.Salehov Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq və etnik təmizləmə siyasəti və bu təcavüzün nəticələri barədə məlumat vermişdir. Bildirilmişdir ki, ölkəmiz üçün ən ağrılı məqamlarda məhz müdrik dövlət xadimi Heydər Əliyevin sarsılmaz iradəsi, uzaqgörən siyasi strategiyası və qətiyyətli qərarları sayəsində Azərbaycanın dövlətçiliyini qoruyub saxlamaq və gələcək inkişafı üçün möhkəm zəmin yaratmaq mümkün oldu.

C.Salehov müasir dövrdə Azərbaycanın sürətlə artmaqda olan beynəlxalq əhəmiyyətindən söz açmışdır. Ölkəmizin ən müxtəlif sahələrdə nüfuzlu beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyi diqqətə çatdırılmışdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş davamlı inkişaf yolunun hal-hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilmiş, dövlətimiz və cəmiyyətimizin bütün sahələrində əldə edilən göstəricilərin isə bunun bariz nümunəsi olduğu vurğuladı.

Tədbir zamanı Cavanşir Salehov Böyük Vətən Müharibəsində əldə edilmiş qələbənin növbəti ildönümünün Azərbaycanda da qeyd edildiyi barədə məlumat verdi. Azərbaycan xalqının bu qələbənin əldə edilməsi yolunda verdiyi töhfə və qurbanlardan söz açılmış, ölkəmizdə Böyük Vətən Müharibəsi qurbanlarının xatirəsinin ehtiramla yad edildiyi və müharibə veteranlarına dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərildiyi qeyd edilmişdir. Bildirilmişdir ki, gənc nəsillərin öz tarixinə hörmətlə yanaşaraq vətənpərvərlik ruhunda tərbiyyə edilməsi üçün 9 May Qələbə günü ilə bağlı dəyərlərin müstəqil Azərbaycanda yaşadılması da məhz ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yolun davamıdır.

Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31