Azərbaycanlı hakim İslamiadaya təyinat alıb

Mayın 12-22-də Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək boks yarışlarını idarə edəcək hakimlərin siyahısı müəyyənləşib. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, “Bakı Kristal Zal”da baş tutacaq döyüşlərə 27 ədalət təmsilçisi təyinat alıb.

Mayın 12-22-də Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək boks yarışlarını idarə edəcək hakimlərin siyahısı müəyyənləşib. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, "Bakı Kristal Zal"da baş tutacaq döyüşlərə 27 ədalət təmsilçisi təyinat alıb. Bu siyahıda azərbaycanlı referi də var. Mayın 12-18-də keçiriləcək kişi boksçuların mübarizəsi zamanı Mehman Mürsəlov ədaləti qoruyacaq hakimlərdən biri olacaq. Qeyd edək ki, yığmamızın üzvləri İslamiadada 10 çəki dərəcəsinin hamısında rinqə çıxacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31