Gəncədə poliklinika  212 min 500 manata özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 10 may tarixində keçirilən növbəti hərrac zamanı paytaxtın müxtəlif rayonlarında yerləşən, o cümlədən regionlarda yerləşən kiçik dövlət müəssisələri, habelə nəqliyyat vasitələri özəlləşdirilib.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 10 may tarixində keçirilən növbəti hərrac zamanı paytaxtın müxtəlif rayonlarında yerləşən, o cümlədən regionlarda yerləşən kiçik dövlət müəssisələri, habelə nəqliyyat vasitələri özəlləşdirilib. Komitədən "Olaylar"a verilən məlumata görə, hərrac prosesində ən yüksək qiymətə özəlləşdirilən əmlak Gəncə şəhərində yerləşən Gəncə şəhər 4 saylı Təsərrüfat hesablı poliklinikası olub. Qeyd olunan əmlak 212 min 500 manata özəlləşdirilib. Özəlləşdirilən obyektin ümumi faydalı sahəsi 577.8 kv.m-dir. Özəlləşdirilən qeyri yaşayış sahələri paytaxtın Sabunçu rayonunda, habelə regionlarda Gəncə və Şəmkir şəhərində yerləşir. Hərracda özəlləşdirilmiş 3 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan lakin xidməti istifadədən çıxarılmış nəqliyyat vasitələridir. Hər bir nəqliyyat vasitəsinin fotosu və müvafiq məlumatlar hərrac günündən 1 ay əvvəldən komitənin özəlləşdirmə portalında əks olunur. Portalda nəinki nəqliyyat vasitələri, eyni zamanda, hər bir kiçik dövlət müəssisəsi və obyekti, qeyri-yaşayış sahəsi, səhmdar cəmiyyətləri barədə ətraflı məlumatlar və göstəricilərlə, həmçinin yerləşdiyi ərazini göstərən xəritələri və fotolarla tanış olmaq mümkündür.

Xatırladaq ki, komitə tərəfindən növbəti belə hərrac 16 may tarixində keçiriləcək. Bu hərraca ümumilikdə 212 əmlak çıxarılıb. Bunlardan 22-si səhmdar cəmiyyəti, 116-sı kiçik dövlət müəssisə və obyekti, 74-ü istifadəsiz qeyri-yaşayış sahəsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31