Heydər Əliyev Gənc Tamaşaçılar Teatrında anıldı

Gənc Tamaşaçılar Teatrında müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub.Teatrdan “Olaylar” – a bildirlib ki, teatrın direktoru, əməkdar İncəsənət Xadimi Mübariz Həmidov çıxış edərək Azərbaycanın hərtərəfli inkişafında əvəzsiz xidmətləri olan, dünya arenasında ölkəmizin tanınması istiqamətində mühüm işlər görən dahi şəxsiyyət və siyasi xadim Heydər Əliyev haqqında danışıb. Çıxışdan sonra teatrda yeni bir tamaşanın məşqlərinə start verilib. Conatan Sviftin “Qulliver Cırtdanlar ölkəsində” gənc və istedadlı rejissor Elşad Rəhimzadənin səhnələşdirdiyi eyniadlı tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ramiq Nəsirov, rəqslərin quruluşçusu Əməkdar Artist Sənan Hüseynli, rejissor assistenti Sona Mustafayevadır. 

Gənc Tamaşaçılar Teatrında müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub. Teatrdan "Olaylar" - a bildirlib ki, teatrın direktoru, əməkdar İncəsənət Xadimi Mübariz Həmidov çıxış edərək Azərbaycanın hərtərəfli inkişafında əvəzsiz xidmətləri olan, dünya arenasında ölkəmizin tanınması istiqamətində mühüm işlər görən dahi şəxsiyyət və siyasi xadim Heydər Əliyev haqqında danışıb. Çıxışdan sonra teatrda yeni bir tamaşanın məşqlərinə start verilib. Conatan Sviftin "Qulliver Cırtdanlar ölkəsində" gənc və istedadlı rejissor Elşad Rəhimzadənin səhnələşdirdiyi eyniadlı tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ramiq Nəsirov, rəqslərin quruluşçusu Əməkdar Artist Sənan Hüseynli, rejissor assistenti Sona Mustafayevadır.

"Azərbaycan teatr məkanında ilk dəfə olaraq dünyaca məşhur "Qulliver Cırtdanlar ölkəsində" əsərinə müraciət edilir ki, bu ilkə də Gənc Tamaşaçılar Teatrı imza atır. Yeni tamaşanın ilk oxunuşunun ümummilli liderimiz Heydər Əliyevin doğum gününə təsadüf etməsi də bir zərurətdir. Çünki, mərhum prezidentimiz özü də qəlbən teatra çox bağlı bir dövlət xadimi olub. Əminəm ki, repertuarımızda olan digər tamaşalar kimi, bu yeni tamaşa da kiçik və böyük yaşlı tamaşaçılarımızın ürəyincə olacaq. Çünki, tamaşada yenə də ilk olaraq həm canlı aktyor ifası, həm də kukla elementlərindən istifadə ediləcək" -  deyə Mübariz Həmidov bildirdi.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31