FİFA Poqba transferini araşdırır
FİFA İtaliyanın "Yuventus" klubundan İngiltərənin "Mançester Yunayted" komandasına keçməklə futbol tarixinin ən bahalı transferi adına sahib çıxan Pol Poqbanın keçidi ilə bağlı araşdırmaya başlayıb.
10 May 2017 14:03 İdmanFİFA İtaliyanın "Yuventus" klubundan İngiltərənin "Mançester Yunayted" komandasına keçməklə futbol tarixinin ən bahalı transferi adına sahib çıxan Pol Poqbanın keçidi ilə bağlı araşdırmaya başlayıb. "France Presse" agentliyi təşkilatdakı mənbəyinə istinadən bu barədə məlumat yayıb. Fransız yarımmüdafiəçi Pol Poqba 2016-cı ilin yayında 105,2 milyon avro qarşılığında "Mançester Yunayted"ə transfer olunub. Hələlik FİFA-nın transferin hansı bəndini araşdırdığı aydın deyil.
Poqbanın rekordu klubunun Neymarı 200 milyon avroya almaq planı baş tutarsa, qırılacaq. Mankunianlar, həmçinin braziliyalının əmək haqqını iki dəfə artırmağa - bonuslar və mükafatlar hesaba alınmadan ildə 25 milyon avro ödəməyə hazırdır. Goal.az