30  gənc orta rəis heyətinə qəbul edilib

Ədliyyə nazirinin müvafiq əmri ilə 30 nəfər gənc orta rəis heyətinə xidmətə qəbul edilərək Penitensiar xidmətdə müxtəlif vəzifələrə təyin olunublar.  Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən “Olaylar”a verilən məlumata görə, Xidmətin Baş idarəsində keçirilən tədbirdə Penitensiar xidmətdə qulluq keçmənin fəaliyyət istiqamətləri barədə gənc əməkdaşlara məlumat verilmiş, onlara gələcəkdə çətin və şərəfli fəaliyyətlərində vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, humanizm, qərəzsizlik prinsiplərinə dönmədən riayət etmək, dövlət idarəçiliyinin mühüm sahələrindən biri olan ədliyyə orqanlarında vicdanla, dövlətə və xalqa sədaqətlə xidmət etmək, ədliyyə işçisi adını daima uca tutmaq tövsiyə olunub. Gənc əməkdaşlar Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. 

Ədliyyə nazirinin müvafiq əmri ilə 30 nəfər gənc orta rəis heyətinə xidmətə qəbul edilərək Penitensiar xidmətdə müxtəlif vəzifələrə təyin olunublar.  Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, Xidmətin Baş idarəsində keçirilən tədbirdə Penitensiar xidmətdə qulluq keçmənin fəaliyyət istiqamətləri barədə gənc əməkdaşlara məlumat verilmiş, onlara gələcəkdə çətin və şərəfli fəaliyyətlərində vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, humanizm, qərəzsizlik prinsiplərinə dönmədən riayət etmək, dövlət idarəçiliyinin mühüm sahələrindən biri olan ədliyyə orqanlarında vicdanla, dövlətə və xalqa sədaqətlə xidmət etmək, ədliyyə işçisi adını daima uca tutmaq tövsiyə olunub. Gənc əməkdaşlar Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31