Putin ABŞ-a görə Təhlükəsizlik Şurasını topladı

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının müşavirəsini keçirib. Bu haqda Kremlin sözçüsü Dmitri Peskov bildirib. Müşavirədə baş nazir Dmitri Medvedev, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin başçısı Sergey Narışkin və digər şəxslər iştirak ediblər.

"Müşavirədə Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovun ABŞ-da keçirəcəyi görüşlərin kontekstində Rusiya-ABŞ ikitərəfli münasibətlərə toxunulub", - Peskov bildirib.

Onun sözlərinə görə, müşavirədə həmçinin Suriya münaqişəsinin nizama salınması prosesi ətrafında fikir mübadilələri olub.

Qeyd edək ki, Lavrov bu gün amerikalı həmkarı Reks Tillerson və ABŞ prezidenti Donald Trampla görüşəcək. Lavrov bundan sonra Alyaskaya yollanaraq Arktika Şurasının toplantısında iştirak edəcək. Publika.az TASS agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31