Türkiyədə avtomobil qəzasında iki azərbaycanlı xəsarət alıb
Türkiyədə azərbaycanlı sürücünün idarə etdiyi “Mitsubihi” markalı avtomobil qəzaya düşüb. Azərbaycanda İstanbula gedən 43 yaşlı Fərid İbrahimovun idarə etdiyi "90 OJ 177" dövlət nömrə nişanlı pikap avtomobil Samsun-İstanbul yolunun Corum rayonunun Osmancıq qəsəbəsindən keçən hissəsində qəzaya uğrayıb.
10 May 2017 14:30 DünyaTürkiyədə azərbaycanlı sürücünün idarə etdiyi "Mitsubihi" markalı avtomobil qəzaya düşüb. Azərbaycanda İstanbula gedən 43 yaşlı Fərid İbrahimovun idarə etdiyi "90 OJ 177" dövlət nömrə nişanlı pikap avtomobil Samsun-İstanbul yolunun Corum rayonunun Osmancıq qəsəbəsindən keçən hissəsində qəzaya uğrayıb. F. İbraşimovun idarəetməni itirməsi nəticəsində avtomobil aşıb, yoldan çıxaraq tarlaya devrilib. 40 metrə qədər sürüklənən avtomobildə olan F. İbrahimov və yanında olan Zaur Ramazanov xəsarət alıb. Onlar Osmancıq Dövlət Xəstəxanasına yerləşdiriliblər. Apa.az "corumhaber.com" saytına istinadən xəbər verir.