Gündəm

Ərdoğan: “B və C planlarımızı həyata keçirəcəyik”

12 İyul 2017 14:03

“Avropa İttifaqı bizə qarşı çox açıq və dəqiq olarsa, məsələn “Biz Türkiyəni Avropa İttifaqına qəbul edə bilmərik” desə, bu, bizi rahatlaşdırar”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BBC telekanalına müsahibəsində deyib.

“Fətullah Gülənin Türkiyəyə ekstradisiya olunması ilə bağlı danışıqlar davam edir”

12 İyul 2017 13:58

Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümü ilə əlaqədar keçirilən mətbuat konfransında bildirib.

130 -140 min insan şübhəli şəxs qismində saxlanılıb, 45 min insan həbs edilib

12 İyul 2017 13:55

"FETO terror qruplaşmasına qarşı Türkiyə hökumətinin apardığı bir illiok mübarizə nəticəsində bu terror qruplaşmasının tamamilə məhv edildiyini deyə bilmərik. Bir il ərzində və ondan öncə illər ərzində türkiyə hökumətinin mübarizələri nəticəsində FETO terror qruplaşmasının gücünü zəiflədiyini, əvvəlki gücdə olmadığını deyə bilərik”. Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu günkü mətbuat konfransında açıqlayıb.

Pirallahı Sənaye Parkına üçüncü rezident qəbul edilib

12 İyul 2017 13:52

Pirallahı Sənaye Parkının yeni rezidenti - “Diamed Co” MMC tərəfindən Sənaye Parkında qabaqcıl Avropa ölkələri, eləcə də Yaponiya və Koreya texnologiyaları əsasında ildə 55-58 milyon ədəd müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı nəzərdə tutulur.

Güzəşt hüququ olmayanlar da mənzil ala biləcək

12 İyul 2017 13:50

"Son günlər "MİDA" MMC tərəfindən 3 yaşayış binasının tikintisinə inşaat şirkətinin cəlb edilməsi ilə bağlı suallar verilir. Qeyd edim ki, bununla sosial mənzil şəhərciyində yalnız güzəştli kateqoriya üçün deyil, həmçinin güzəşt hüququ olmayan vətəndaşlar üçün də mənzillərin satılması nəzərdə tutulacaq.

Milli İncəsənət Muzeyində “Fransız tətilləri”

12 İyul 2017 13:45

İyulun 22-də Milli İncəsənət Muzeyində “Belle Epoque” - möhtəşəm dövrün möcüzəvi dünyasını əks etdirən “Fransız tətilləri” proqramının premyerası keçiriləcək. Muzeydən “Olaylar”-a bildirilib ki, proqramın təqdimatına gələn valideyn və övladları muzeydə fransız incəsənətinin ən gözəl nümunələri, kral ailələrinə məxsus məişət əşyaları, əsərləri dünya muzeylərini bəzəyən sənətkarların yaradıcılığı ilə tanış olacaqlar. Onlar bir-biri ilə Fransız dilində ünsiyyət quracaqlar. Artıq əksəriyyət tərəfindən sevilən bərpaçı-rəssam Samir Talıbov ziyarətçilər üçün fransız rəssamlarının eskizi əsasında silsilə ustad dərsləri keçəcək. Tamaşaçıların iştirakı ilə Parisin rəmzləri yaradılacaq, tematik kölgə teatr tamaşası nümayiş etdiriləcək. Böyüklər üçün isə “Toğrul Nərimanbəyov - Paris xatirələri” adlı mühazirə təqdim olunacaq. Mühazirədə görkəmli azərbaycanlı rəssamın həyat və yaradıcılığından söz açılacaq.

Teatr beynəlxalq festivala dəvət aldı

12 İyul 2017 13:43

Avqustda Bolqarıstanın Varna şəhərində keçiriləcək Beynəlxalq Monotamaşalar Festivalında ölkəmizi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı təmsil edəcək. Teatr festivalda rejissor Anar Sadıqovun və əməkdar Artist Ayşad Məmmədovun “İuda” monopyesi əsasında hazırladığı tamaşa ilə iştirak edəcək. Səhnə əsərində Ayşad Məmmədov özü çıxış edəcək.

ATƏT PA-nın illik sessiyası Azərbaycan üçün uğurlu olub

12 İyul 2017 13:35

Milli Məclis Sədrinin müavini, ATƏT PA-da Azərbaycan  nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib ki, iyulun 4-də erməni silahlı birləşmələrinin təxribatı nəticəsində qətlə yetirilən Füzuli rayonunun Alxanlı kənd sakinləri 2 yaşlı Zəhranın və nənəsi Sahibə Quliyevanın acınacaqlı aqibəti sessiya iştirakçılarının diqqətinə çatdırıldı. Eyni zamanda Azərbaycan XİN-in müvafiq bəyanatı və qətlə yetirilən mülki şəxslərin şəkilləri ATƏT PA-nın üzvlərinə paylanıldı. Azərbaycan nümayəndə heyəti körpə qatillərini şiddətlə qınayaraq onların layiqli cəza almalarını tələb etdi. Qeyd olundu ki, ATƏT PA bu hadisəyə səssiz qalmamalı, gələcəkdə cəbhə xəttində belə halların baş verməməsi üçün müvafiq addımlar atmalıdır.

15 iyul Türkiyə üçün önəmli tarixdi

12 İyul 2017 13:36

İyulun 12 – də Türkiyənin Azərbaycandakı səfirliyində  15 iyul 2016 – cı il Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümünə həsr olunmuş mətbuat konfransı keçrildi. Mətbuat konfransını giriş sözü ilə açan Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilk olaraq Füzuli rayonunda iki yaşlı Zəhranın və nənəsinin erməni qəsbkarlar tərəfindən öldürülməsindən dərin kədərləndiyini və bu hadisəni şiddətlə qınadığını bildirdi.

"Ermənilərin 2 yaşlı Zəhranı qətlə yetirməsi dünya ictimaiyyətini hiddətləndirib”

12 İyul 2017 13:29

"Azərbaycan ərazilərini işğalı edən erməni silahlı qüvvələrinin iyulun 4-də Füzulinin Alxanlı kəndində həyata keçirdikləri təxribat nəticəsində heç bir günahı olmayan 2 yaşlı körpənin qətlə yetirilməsi vəhşilikdir". Bunu "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov deyib.

Politoloq: “Azərbaycan Rusiyadan böyük həcmdə hərbi texnika və sursat alıb”

12 İyul 2017 13:27

“Torpaqları işğal altında olan ölkə statusuna malik Azərbaycan Respublikası öz hərbi potensialını artırmaq üçün müasir silah növləri almaq məcburiyyətindədir”. Bunu politoloq Vasif Əfəndiyev deyib.

“Artıq dünya dövlətləri Azərbaycana ehtiram nümayiş etdirir”

12 İyul 2017 13:25

“Azərbaycan Prezidentinin Türkiyəyə səfəri zamanı iştirak etdiyi 22-ci Dünya Neft Konqresində və eləcə də tədbir çərçivəsində həyata keçirilən görüşlərdə böyük hörmətlə qarşılanması həm ilk növbədə Dövlət başçısının dünya liderləri arasında şəxsi nüfuzu, həm də ölkəmizin imicinin göstəricisidir. Bu baxımdan bizim üçün də sevindirici haldır ki, Azərbaycan dövlətinə, onun başçısına artıq dünyanın ən böyük dövlətləri, başda ABŞ olmaqla digər Avropa dövlətlərinin hər biri böyük ehtiram nümayiş etdirir”. Bunu  Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Tramp-Putin görüşünün PƏRDƏARXASI: Rusiyanın məhvi və "BÖYÜK SAZİŞ"

12 İyul 2017 13:18

Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Trampın G20 sammitində söhbətindən cəmi bir neçə saat sonra aydın oldu ki, iki saatlıq danışıq münasibətlərdə fundamental sıçrayış gətirmədi. Hər iki liderdə manevr üçün imkanlar güclü şəkildə məhdudlaşdırılıb və indiki şərtlərdə gərginliyin aradan qaldırılması üçün ilkin şərtlər görünmür.

Rusiyada tonlarla Azərbaycan pomidoru satışdan yığışdırıldı

12 İyul 2017 13:17

Rusiyada 16,193 ton Azərbaycan pomidoru satışından yığışdırılıb. Bu barədə Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Kurqansk vilayəti üzrə idarəsindən məlumat verilib. 

Özəlləşdirilmiş müəssisələrdə istehsal həcmi artıb

12 İyul 2017 13:15

Prezident İlham Əliyev tərəfindən imzalanan “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında”  Fərmanın bir ili tamam olmasına saylı günlər qalıb. Ötən müddət ərzində dövlət başçısının müvafiq fərmanından irəli gələrək dövlət əmlakının özəlləşdirilməsi sahəsində yeni yanaşmalar, müasir üsulların  tətbiq istiqamətində xeyli iş görülüb. Daha dəqiq, investorların özəlləşdirmə prosesində iştirakının genişləndirilməsi məqsədilə bir sıra innovativ layihələr reallaşdırılıb. Maralıdır, bəs özəlləşdirmə prosesinə yeni yanaşma dedikdə nələr nəzərdə tutulur?