Gündəm

40 günlük körpəsinin qatili olan ana: "Pul verib, "övladını dənizə at" dedi"

12 İyul 2017 14:41

İstanbul Eminönü yarımadasında bu ilin 23 yanvar tarixində qanuni həyat yoldaşı Mustafa T. ilə mübahisə etdikdən sonra 40 günlük qız körpəsini dəniz atan ana Fatma K. və körpənin atası hakim qarşısına çıxarılıblar.

Azərbaycan qitənin ən çox qazanan 10 ölkəsi arasında

12 İyul 2017 14:37

Azərbaycan cari mövsüm avrokuboklarda ən çox qazanc əldə edən 10 ölkə sırasında yer alıb. Çempionlar Liqası və Avropa Liqası oyunlarında əldə olunan 5 qələbə UEFA reytinqinə 1,250 xal gətirib. Bu isə mövsümün ən yaxşılarından olmağa imkan verib. Azərbaycan bu göstərici ilə 8-ci sıradadı. Düzdü, Slovakiya və Maltanın da eyni xalı var. Lakin əlavə göstəricilərdəki üstünlük daha öndə qərarlaşmaq imkanı verir.

London klubundan Obameyanqa 65 milyon avro

12 İyul 2017 14:36

"Barussiya Dortmund"un hücumçusu Pyer-Emerik Obameyanqa Avropa klublarından təklif gəlməkdə davam edir.  "Çelsi" qabonlu forvarda görə 65 milyon avrodan keçməyə hazırdır. "zadəganlar"ın transfer hədəfi Alvaro Moratadır.

"Zəiflərə yazığım gəlir…" - Səmra Rəhimli

12 İyul 2017 14:33

"Paxıllıq müvəffəqiyətin əlamətidir. Bir insana qarşı hiss edə biləcəyiniz ən pis duyğu, ona yazığınız gəlməyidir".  Bu sözləri müğənni Səmra Rəhimli sosial şəbəkədə yazıb.

WhatsApp-dakı bu videolara görə kütləvi həbslər başladı: 50 nəfər saxlanıldı

12 İyul 2017 14:30

WhatsApp vasitəsi ilə uşaq istismarını özündə əks etdirən görüntülər yaydıqları təsbit edilən bir qrup şəxsin nəzarətə alındığı açıqlanıb. İspaniya Baş Təhlükəsizlik İdarəsi tərəfindən edilən yazılı açıqlamada, Ameripol və İnterpol təşkilatlarının iş birliyi ilə eyni vaxtda həyata keçirilən əməliyyat zamanı WhatsApp-da uşaq pornosu paylaşan beynəlxalq virtual qrupa böyük zərbə endirildiyi qeyd edilib.

Gürcüstandan gətirilən pirotexniki vasitələr müsadirə edilib

12 İyul 2017 14:26

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz-21074" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

İrandan gələn Gürcüstan vətəndaşında həşiş aşkar edilib

12 İyul 2017 14:25

Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin yük şöbəsində Azərbaycan ərazisindən tranzit gömrük proseduru altında keçməklə İrandan Gürcüstana gedən Gürcüstan vətəndaşı Vatsadze Gocha Quram oğlunun idarə etdiyi "Mercedes" markalı, PA5867BM nömrəli yük nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq edilməklə baxış keçirilib.  

Bu ölkədə edam edilənlərin sayı rekord həddə çatdı

12 İyul 2017 14:21

Dünən Səudiyyə Ərəbistanında 6 insan edam edilib. Bu rəqəm bir ölkədə bir gün içində gerçəkləşən ən yüksək edam sayıdır. Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, edama məhkum edilənlərdən iki nəfəri terror əməliyyatı həyata keçirməkdə günahlandırılıb.

Məktəbli uşaq təsadüfən müdafiə nazirinə ZƏNG ETDİ - İNANILMAZ DİALOQ

12 İyul 2017 14:20

Vaşinqton ştatında, kiçik şəhərcikdə yaşayan, orta məktəbin qəzetində çalışan məktəbli jurnalist Pentaqonun rəhbərindən müsahibə alıb. Bir dövlət rəsmisinin əlindəki qovluqda yazılmış telefon nömrəsi "The Washington Post" qəzetinin fotokameralarına tuş gəlir. Həm uzaqdan çəkiliş, həm də mikroskopik kiçik olan nömrə fərqinə varılmadan nüfuzlu qəzetdə dərc olunur.

“ABŞ səfirliyini bağlayın və...” - Jirinovskidən NÖVBƏTİ QALMAQAL

12 İyul 2017 14:17

Gündəm yaradacaq bəyanatları ilə daim gündəmdə olan Rusiya Liberal Demokrat Partiyasının (RLDP) Vladimir Jirinovski növbəti qalmaqallı bəyanatı ilə diqqət mərkəzinə düşüb.

Qadına və uşağa qarşı quldurluq edən şəxs saxlanılıb

12 İyul 2017 14:13

İyulun 8-də Masallı rayonunun Ərkivan qəsəbəsində yaşayan qadına qarşı quldurluq edilməsi barədə Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə müraciət daxil olub. DİN-in mətbuat xidmətindən “Olaylar”a  verilən məlumata görə, məlumatla əlaqədar Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu hadisə baş verən ünvana gəlib. Polis əməkdaşları tərəfindən mənzil müayinə edilib, müvafiq araşdırmalar aparılıb. 

410 saylı estakadayanı meydançada əsaslı təmirə başlanılıb

12 İyul 2017 14:11

SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə N.Nərimanov adına NQÇİ tərəfindən istismar olunan 410 saylı estakadayanı meydançada əsaslı təmir işlərinə başlayıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, meydançanın istismarının daha keyfiyyətli təmin edilməsi məqsədi ilə həyata keçirilən işlər çərçivəsində müxtəlif ölçülü 46 svayın vurulması, ümumi çəkisi 150 ton olan 5 ədəd metal lövhənin quraşdırılması nəzərdə tutulur. Layihə üzrə 1000 kvadrat metr sahənin əsaslı təmiri gözlənilir. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılır.

Brüsseldə təmas xəttindəki hazırkı vəziyyət müzakirə olunub

12 İyul 2017 14:10

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ötən gün Brüsseldə keçirilmiş görüşü ilə bağlı bəyanat  yayıb. Məlumata görə, həmsədrlər ilin sonunda prezidentlər arasında yüksək səviyyəli görüşün təşkili üçün öz köməklərini təklif ediblər.

Müxalifətin seçki hazırlıqları

12 İyul 2017 14:07

Son aylar ölkənin siyasi həyatında bir hərəkətlilik müşahidə ediılməkdədir. Bu isə gələn il Azərbaycanda keçiriləcək növbəti prezident seçkiləri ilə əlaqədardır. Artıq bir sıra müxalifət partiyaları özünün mərkəzi strukturlarının toplantı və iclaslarını keçirərək 2018-ci il seçkiləri ilə bağlı mövqeyini müəyyənlədşdirir, bəzi partiyalar isə hətta namizədlərinin adlarını açıqlayırlar. Amma qeyri-rəsmi formada seçkilərdə iştirak edəcəklərini bəyanlayan partiya sədrləri müxalifətin vahid namizəd müəyyən edəcəyi təqdirdə, öz iddialarından geri çəkiləcəklərini də istisna etmirlər. Hər halda 2018-ci il seçkiləri ilə bağlı qərar verən partiyalar bunu bəyan ediblər. Hazırda isə müxalifət düşərgəsində cərəyan edən proseslər, bu düşərgədə təmsil olunan bəzi partiyaların digər siyasi təşkilatlara qarşı yuxarıdan aşağı baxması isə onu deməyə əsas verir ki, Azərbaycan müxalifəti 2018-ci ilin seçkilərinə də vahid namizəd müəyyən edə bilməyəcək.

Danışıqlar prosesində irəliləyiş gözlənilirmi?

12 İyul 2017 14:05

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 11 iyul 2017-ci il tarixində Brüsseldə keçirilən görüşündən ciddi gözlənti yox idi. Çünki, görüş öncəsi Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlar və Azərbaycan vətəndaşlarını hədəfə alması sübuta yetirdi ki, düşmən ölkə nəyin bahasına olursa-olsun danışıqlar prosesinin bərpa olmasına mane olmaq istəyir”. Bunu siyasi-şərhçi Elçin Mirzəbəyli deyib.