Brüsseldə təmas xəttindəki hazırkı vəziyyət müzakirə olunub

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ötən gün Brüsseldə keçirilmiş görüşü ilə bağlı bəyanat  yayıb. Məlumata görə, həmsədrlər ilin sonunda prezidentlər arasında yüksək səviyyəli görüşün təşkili üçün öz köməklərini təklif ediblər.

Həmsədrlər  nazirlərin görüşü ilə bağlı bəyanat yayıb

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ötən gün Brüsseldə keçirilmiş görüşü ilə bağlı bəyanat  yayıb. Məlumata görə, həmsədrlər ilin sonunda prezidentlər arasında yüksək səviyyəli görüşün təşkili üçün öz köməklərini təklif ediblər. Bəyanatda deyilir ki, ATƏT-in  Minsk qrupunun həmsədrləri (İqor Popov, Stefan Viskonti və Riçard Hoqland) iyulun 11-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov  və Edvard  Nalbaldyan ilə görüş keçirib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı gələcəkdə görüləcək işlərin formatı müzakirə olunub. Görüşdə həmçinin ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib. Açıqlamada deyilir ki, nazirlərin görüşü zamanı təmas xəttindəki hazırkı vəziyyət müzakirə olunub. İki ölkə xarici işlər nazirləri bu ilin sentyabrında BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində görüşməyə razılıq  veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31