Müxalifətin seçki hazırlıqları
Son aylar ölkənin siyasi həyatında bir hərəkətlilik müşahidə ediılməkdədir. Bu isə gələn il Azərbaycanda keçiriləcək növbəti prezident seçkiləri ilə əlaqədardır. Artıq bir sıra müxalifət partiyaları özünün mərkəzi strukturlarının toplantı və iclaslarını keçirərək 2018-ci il seçkiləri ilə bağlı mövqeyini müəyyənlədşdirir, bəzi partiyalar isə hətta namizədlərinin adlarını açıqlayırlar. Amma qeyri-rəsmi formada seçkilərdə iştirak edəcəklərini bəyanlayan partiya sədrləri müxalifətin vahid namizəd müəyyən edəcəyi təqdirdə, öz iddialarından geri çəkiləcəklərini də istisna etmirlər. Hər halda 2018-ci il seçkiləri ilə bağlı qərar verən partiyalar bunu bəyan ediblər. Hazırda isə müxalifət düşərgəsində cərəyan edən proseslər, bu düşərgədə təmsil olunan bəzi partiyaların digər siyasi təşkilatlara qarşı yuxarıdan aşağı baxması isə onu deməyə əsas verir ki, Azərbaycan müxalifəti 2018-ci ilin seçkilərinə də vahid namizəd müəyyən edə bilməyəcək.
12 İyul 2017 14:07 SiyasətBu düşərgə növbəti seçkiyə də pərakəndə gedəcək

2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) da hələ xeyli müddət əvvəl öz mövqeyini açıqlayıb. Partiyanin sədri Fuad Əliyev deyib ki, seçkilərdə onun iştrakı ilə bağlı partiyanın 12 aprel 2017-ci ildə keçirilən V Qurultayında qərar verilib. O, bildiib ki, qurultay prezident seçkisində iştrak etmək üçün onun namizədliyimi təsdiq edib: "Partiyanın Mərkəzi Seçki Qərargahı (MSQ) bu istiqamətdə öz fəaliyyətinə başlayıb. Amma müxalifət vahid mövqeyindən çıxış edəcəksə, vahid namizəd məsələsi müzakirə və qəbul olunacaqsa, onda partiyamızın öz namizədliyindən imtinasının mümkünlüyünü qeyd edib və bu səlahiyəti Rəyasət Heyətinə verib. Məsələ orada müzakirə olunacaq və əgər müxalifətin vahid namizədi bizim maraqlarımızla üst-üstə düşərsə, o zaman onun namizdəliyini müdafiə edəcəyik". Fuad Əliyev seçkilərdə müxalifətin vahid namizədlə iştirak mümkünlüyündən də danışıb. Qeyd edib ki, bu zamanın ixtiyarına buraxılacaq: "Amma məntiq var - kimin namizədliyini dəstəkləyəcəyimizi bilmədən indidən deyə bilmərik axı məhz kim olursa olsun, onun namizədliyini dəstəkləyəcəyik. Müxalifət vahid namizəd müəyyənləşdirərsə, onun siyasi fəaliyyətini təhlil edəcəyik, siyasi kursunun bizim kursa, mövqeyimizə uyğun olduğunu araşdırandan sonra qərar verə bilərik". ALDP sədrinin sözlərinə görə, 2013-ci ildə keçirilən prezident seçkisi onu göstərdi ki, müxalifətin bəzi partiyalarının yaratdığı seçki blokunun irəli sürdüyü birinci namizədi - Rüstəm İbrahimbəyov uğursuz oldu: "Onun "gələn ayın əvvəli gəlirəm", "bu ayın sonu gəlirəm" və s. bəyanatları həmin qurumun fəaliyyətini demaralizə etmişdi. Və nəticə olaraq seçkiyə az bir müddət qalmış yeni namizədin axtarışına çıxmışdılar. Ümumiyyətlə, Cəmil Həsənlinin namizədliyi daha uğurlu və düzgün idi. Hesab
edirəm ki, seçkilərdə iştrak etmək istəyənlər, iddialı olanlar namizədliklərini irəli sürməlidilər. Məlumatıma görə artıq bir neçə partiya sədrinin namizədlikləri irəli sürülüb. Namizədlərin çox olması problem deyil. Məncə seçki mərhələləri keçib, yəni namizədliyi irəli sürülməsi, imzatoplama kampaniyası və qeydiyyatdan keçəndən sonra müxalifət vahid namizəd məsələsinin müzakirəsinə başlaya bilər". Bəzi partiyaların keçən seçkilərdə təsis etdiyi Milli Şuranın fəaliyyətinə də toxunan Fuad Əliyev bildirib ki, indiki fəaliyyətdə olan Milli Şura və seçki dövründə yaranan Milli Şura tamamilə başqa qurumlardı: "Amma seçki dövründən qabaq, yanvar ayında ABŞ Dövlət Departamentində keçirilən görüşdə birinci dəfə müxalifətin vahid namizədinin Rüstəm İbrahimbəyovun olacağı səsləndi. Daha sonra Rüstəm İbrahimbəyovun namizədliyinin kim tərəfindən irəli sürülməsi və seçki qurumun kim tərəfindən dəstəklənməsi mənə məlum olduğdan sonra, ora üzv olmaqdan imtina etdim. İndi biri deyir Milli Şuranı onun iştirakı ilə mart ayında, o biri isə "yox onlar düz demir. Bu mənim iştirakım ilə may ayında yaranıb" deyir. Mən də bu günə qədər demirdim, xətirlərinə dəymək istəmirdim. Yəni Milli Şurada bu məsələ ilə bağlı vahid mövqedən çıxış edilmədi. Ona görə də mən özümü orada görmədim".
S.İsmayılbəyli