“ABŞ səfirliyini bağlayın və...” - Jirinovskidən NÖVBƏTİ QALMAQAL
Gündəm yaradacaq bəyanatları ilə daim gündəmdə olan Rusiya Liberal Demokrat Partiyasının (RLDP) Vladimir Jirinovski növbəti qalmaqallı bəyanatı ilə diqqət mərkəzinə düşüb.
12 İyul 2017 14:17 DünyaGündəm yaradacaq bəyanatları ilə daim gündəmdə olan Rusiya Liberal Demokrat Partiyasının (RLDP) Vladimir Jirinovski növbəti qalmaqallı bəyanatı ilə diqqət mərkəzinə düşüb. Jirinovski ABŞ-ın Moskvadakı səfirliyinin iqamətgahını RLDP-yə verməyi təklif edib.
"Əgər amerikalılar barəsində cavab ölçülərinin qəbul etmək məsələsi qaldırılarsa, onda Spaso-Xausu almaq lazımdır. Bu yaxşı binadır və onu Liberal Demokrat Partiyasının Moskva şəhər təşkilatına vermək lazımdır", - o bildirib. Spaso-Xaus Moskvada ABŞ səfirliyinin iqamətgahıdır. Bina inqilabdan əvvəlki neoklassik arxitekturanın abidəsidir.
Xatırladaq ki, ABŞ ötən ilin dekabrında (Barak Obama administrasiyası dövründə -red.) Rusiyanın Merilend və Nyu-Yorkdakı diplomatik nümayəndəliklərini bağlayıb. ABŞ rəhbərliyi qeyd olunan diplomatik nümayəndəliklərin kəşfiyyat məqsədləri üçün istifadə edildiyini iddia edib. Vaşinqton həmçinin 35 rusiyalı diplomatı ölkədən çıxarıb. Publika.az Rusiya KİV-inə istinadən xəbər verir.