Gündəm

"Ermənistan regionda siyasi oyunların alətinə çevrilir"

12 İyul 2017 15:17

"Ermənistan birdəfəlik dərk etməlidir ki, cari status-kvoya güvəndikcə öz müstəqilliyini, gələcəyini təhlükə altında qoyur və regionda siyasi oyunların yenə də alətinə çevrilir. Onlar öz murdar niyyətlərindən nə qədər tez əl çəksələr, işğal olunmuş əzəli Azərbaycan torpaqlarını boşaltsalar, erməni xalqı üçün bir o qədər önəmli olacaqdır". Bunu Milli Məclis Sədrinin müavini Bahar Muradova Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi-vətənpərvərlik mövzusunda tədbirdə bildirib.

Prezident İlham Əliyev: “İşğal edilmiş torpaqlarda istənilən hədəfi məhv edə bilərik”

12 İyul 2017 15:13

“Həmişə olduğu kimi, biz bu il də hərbi potensialımızın gücləndirilməsinə böyük diqqət göstərmişik. Yeni silahlar, ən müasir texnika alınır. Özü də biz texnikanı, silahları, ən müasir avadanlığı müxtəlif ölkələrdən alırıq və onların bir hissəsi artıq gəlir, bir hissəsi isə gələcəkdir. Bu, bizim hərbi potensialımızı daha da artıracaq. Bu günün özündə biz işğal edilmiş torpaqlarda istənilən hədəfi məhv edə bilərik”. Bunu Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

Azərbaycan prezidenti: “Tezliklə mənalı, konkret danışıqlar bərpa edilməlidir”

12 İyul 2017 15:12

“Tezliklə substantiv, yəni, mənalı, konkret danışıqlar bərpa edilməlidir”. Bunu Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib. Dövlət başçısı qeyd edib ki, heç bir şərt Azərbaycan tərəfindən qəbul edilməyib, danışıqlar prosesi qeyd-şərtsiz bərpa edilib.

Prezident: "Bu il Azərbaycan iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub"

12 İyul 2017 15:11

"Əlbəttə ki, bütün uğurlara nail olmaq üçün bizim güclü iqtisadi potensialımız olmalıdır. Altı ayın göstəriciləri məni çox qane edir. Qeyri-neft iqtisadiyyatımız altı ayda 1,7 faiz artıb. Bu, çox yaxşı göstəricidir. Mən xüsusilə qeyri-neft iqtisadiyyatını qeyd edirəm. Çünki ümumi iqtisadi göstərici, yəni, ümumi daxili məhsulun göstəriciləri daha çox neftin hasilatına və neftin qiymətinə bağlıdır. Bu da dəyişir. Ona görə, bu, bizim gördüyümüz işlərə qiymət vermək üçün əsas amil kimi qəbul edilə bilməz".

Azərbaycanın valyuta ehtiyatları 41 mlrd. dollara yaxınlaşır

12 İyul 2017 15:09

"Bizim valyuta ehtiyatlarımız artıb və bu günə 40,6 milyard dollar təşkil edir". Bunu Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

Prezident: “Azərbaycan tərəfindən heç bir şərt qəbul olunmadan danışıqlar bərpa edilib”

12 İyul 2017 15:07

“Ötən ilin aprelində baş verən hadisələrdən sonra Ermənistanın danışıqların bərpası ilə bağlı irəli sürdüyü şərtlər heç bir nəticə verməyib. Dünən xarici işlər nazirləri görüşüb, Azərbaycan tərəfindən heç bir şərt qəbul olunmadan danışıqlar bərpa edilib və beləliklə işğalçı ölkə məcbur olaraq danışıqlar masasına qayıdıb”.

Azərbaycan prezidenti: “Zəhranın və nənəsinin qanı yerdə qalmadı”

12 İyul 2017 15:05

“Ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi. Zəhranın və nənəsinin qanı yerdə qalmadı”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

Prezident İlham Əliyev: “ABŞ-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyub”

12 İyul 2017 15:03

“ABŞ-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyub”. Bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı söyləyib.

Sabahın havası: şimşək, yağış

12 İyul 2017 15:00

Sabah Azərbaycan ərazisində hava əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə yarımadada 21-24° isti, gündüz 29-34° isti, Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti olacağı gözlənilir.

Nazir Angela Merkeldən istefa verməsini tələb etdi

12 İyul 2017 14:57

Almaniyanın Xarici İşlər naziri Siqmar Qabriel baş nazir Angela Merkeldən istefa verməsini tələb edib. Nazir Hamburqda təşkil edilən G20 zirvəsi öncəsi nümayişlərdə etirazçılara şiddət göstərilməsində baş naziri günahlandırıb.

Lapşinin məhkəmə istintaqı başa çatdı

12 İyul 2017 14:50

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloqger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış üçün vaxt istəyib. Proses iyulun 14-də davam etdiriləcək.

Prezident: “Dünyada narahatedici məqamlar çoxalsa da, Azərbaycanda sabitlik möhkəmlənib”

12 İyul 2017 14:48

“2017-ci ildə Azərbaycan uğurla inkişaf edib, qarşıda duran vəzifələr icra olunub”. Bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı söyləyib. Dövlət başçısı deyib ki, dünyada narahatedici məqamların çoxalmasına baxmayaraq, ölkəmizdə sabitlik möhkəmlənib və bu sabitliyin mənbəyində Azərbaycan xalqı dayanıb. 

Maşınqayırma zavodu yanır

12 İyul 2017 14:46

Rusiyanın Sankt-Peterburq şəhərində Kirov maşınqayırma zavodunda güclü yanğın baş verib. Rəsmilər  FHX yanğının söndürülməsi üçün artıq ilk Ka-32 helikopterinin cəlb olunduğunu, Mi-8 helikopterinin isə hazır vəziyyətə gətirildiyini bildiriblər.  İlkin məlumata əsasən yanğının söndürülməsinə 115 adam cəlb olunub.

BDU-da “Okupasional terapiya” fənninin tədrisinə başlanılacaq

12 İyul 2017 14:44

Bakı Dövlət Universiteti ilə UAFA - uşaqlara dəstək təşkilatı arasında memorandum imzalanıb. Universitetdən “Olaylar” – a bildirilib ki, memorandumu Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və UAFA uşaqlara dəstək təşkilatının təsisçisi Qven Börçell imzalayıb. İmzalanmadan əvvəl BDU-nun rektoru, akademik Abel Məhərrəmov UAFA haqqında məlumat verib, təşkilatın fəaliyyətini yüksək qiymətləndirib, görülən işlərdən, həyata keçirilən layihələrdən, Bakı Dövlət Universiteti ilə işbirliyindən danışıb.

Komitə sədri Qusarda vətəndaşları qəbul edəcək

12 İyul 2017 14:43

21 iyul 2017-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Qusar rayonunda saat 11:00-da Heydər Əliyev mərkəzində vətəndaşların qəbulunu keçirəcək.