Gündəm

İranlı nümayəndə heyətinin üzvləri ilə  azərbaycanlı media təmsilçilərinin görüşü keçirilib

12 İyul 2017 16:16

Azərbaycan Mətbuat Şurası ilə İran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasındakı Əməkdaşlıq Memorandumu çərçivəsində İranın Bakıda səfərdə olan media fəaliyyətinə məsul qurumlarının nümayəndələrinin ölkəmizin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və jurnalist təşkilatlarının təmsilçiləri ilə görüşü keçirilib.

“İşğal edilmiş torpaqlarda istənilən hədəfi məhv edə bilərik”

12 İyul 2017 16:12

İyulun 12-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda dövlət başçısı qeyd edib ki, 2017-ci ildə Azərbaycan uğurla inkişaf edib, qarşıda duran vəzifələr icra olunub.

General Rasim Əliyev: "Qoşunlarımız düşmənin atəş nöqtələrini susdurmaq üçün hazırdır"

12 İyul 2017 16:09

"Qoşunlarımız düşmənin dinc əhaliyə və şəxsi heyətə qarşı istənilən fəaliyyətinin qarşısını dərhal almaq və onun atəş nöqtələrini cavab zərbələri ilə susdurmaq üçün hazır vəziyyətdədir".

İƏT Gənclər Forumu: "2 yaşlı Zəhranın qatilləri - Xocalı qatilləridir"

12 İyul 2017 16:07

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (İƏT Gənclər Forumu) Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycanın mülki əhalisinin qətlə yetirilməsi ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasında məlumatlandırma aksiyası keçirib. Bu barədə Forumdan məlumat verilib. Bildirilir ki, həmçinin, Xocalı faciəsinin 25 illiyi ilə bağlı yekun qətnaməyə xüsusi bənd əlavə edilib.

Nazir: "ABŞ üçün Üsamə bin Laden kimdirsə, Türkiyə üçün də Fətullah Gülən odur"

12 İyul 2017 16:04

"Bu gün qiyamçıların bir sıra ölkələrdən ekstradisiya olunması ilə bağlı çətinliklər mövcuddur". Bunu Ankarada jurnalistlərə Türkiyənin ədalət naziri Bəkir Bozdağ deyib. Nazir bildirib ki, ABŞ üçün Üsamə bin Laden kimdirsə, Türkiyə üçün də Fətullah Gülən odur.

Britaniyanın neft servis şirkəti Azərbaycandakı nümayəndəliyini bağladı

12 İyul 2017 16:02

Böyük Britaniyanın "Petrowell" neft servis şirkətinin filialı "Petrowell Caspian LTD" Azərbaycandakı nümayəndəliyinin bağlanması barədə elan edib. Şirkətin kreditorları öz tələblərini növbəti iki ay ərzində Bakı, M.Muxtarov küçəsi 203A, 37 ünvana irəli sürə bilərlər.

Ermənilərin hərbi maşını aşdı - 15 nəfər yaralandı

12 İyul 2017 15:56

Qarabağda növbəti yol-nəqliyyat hadisəsində qəzaya uğrayan hərbi maşında xeyli sayda erməni hərbçisi xəsarət alıb. Bu barədə sosial şəbəkələrdə yerli hərbi bölmələrdən birinin taqım komandiri Vladimir Qriqoryan adlı şəxs yazıb.

Zoluşka həyatı yaşayan qadınlar — Dilənçidən milyonçuya çevrilən ulduzlar

12 İyul 2017 15:51

Bir çox ulduzlar ilk addımlarını atanda həddindən artıq kasıb olublar. Məsələn, Al Paçino teatr aktyoru olanda puluna qənaət etmək üçün günortalar yuxudan dururmuş ki, səhər qəhvəaltısı etməsin.

Aygün Bəylər anasını döyüb?- AÇIQLAMA

12 İyul 2017 15:48

Əməkdar artist Aygün Bəylərin ailəsi haqda şok məlumatlar yayılıb.

12 milyon mənimsəməkdə təqsirləndirilən iş adamının məhkəməsi davam etdirilib

12 İyul 2017 15:41

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan iş adamı Ceyhun Canıyevin işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Novruz Rəsulov ifadə verib. O bildirib ki, parytaxtda bina tikintisi ilə məşğul olub. Bina tikintisi üçün C.Canıyevə 1 milyon 600 min dollar və 3 milyon 200 min manat verib. Lakin bina tikintisi planı baş tutmayıb və C.Canıyev həmin pulu geri qaytarmayıb.

Brüssel görüşündən sonra Sarkisyan ŞOK ETİRAFLAR ETDİ: “Azərbaycan bizi...”

12 İyul 2017 15:34

“Azərbaycan hərbi diplomatiya ilə bizi sıxır və bu təzyiq illər boyunca davam edir”. Bu barədə erməni politoloq Manvel Sarkisyan nazirlərin Brüssel görüşünü şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycan Qarabağda status-kvonu dəyişdirmək üçün hərbi diplomatiyadan istifadə edir və bunu gizlətmir: “Bakının məqsədi münaqişənin dondurulmuş vəziyyətdə qalmamasıdır, çünki bu, status-kvonun möhkəmlənməsi deməkdir”.

Günel "Space"dən çıxma xəbərindən danışdı: "Getməyimi istəyənlər..."

12 İyul 2017 15:30

“Space TV”nin məşhur aparıcısı Günel Həsənzadənin kanalla yollarını ayırması xəbəri yayılıb. G.Həsənzadə məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, işinin başındadır və heç yerə getməyi düşünmür: “Bu kanalda mənim nazımla oynayırlar. Rəhbərlikdən tutmuş iş yoldaşlarıma qədər hər kəs mənə hörmət edir. İnsan yaxşı olduğu yerdən necə gedə bilər? Mənim “Space”dən getməyimi istəyənlər məni sevməyənlərdir. Mən burada doğulmuşam, yerimdən necə gedə bilərəm? Bura mənim üçün çox dəyərlidir”.

Elxan İsmayılov filmə dəvət aldı

12 İyul 2017 15:24

Musiqili Teatrının daha bir aktyoru İran İslam Respublikasında filmə çəkilmək üçün dəvət edilib. Teatrının mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, aktyor Elxan İsmayılov artıq çəkilişlərinə start verilən bədii filmdə əsas rollardan birini - Komandir obrazını canlandıracaq. Film İran İslam Respublikasının tanınmış “Günəşfilm” Studiyası tərəfindən istehsal olunur. Şərti adı “Sərhəd” olan (“Arpa çayı – ayrılıq nəğməsi”) tammmetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi İranın ünlü sənətçilərindən biri olan Ali Abdalidir.

9 jurnalist həlak olub

12 İyul 2017 15:23

İraqın Müstəqil Jurnalistlər Cəmiyyəti 2016-ci ildə başlayan və 265 gün davam edən Mosulu azad etmə əməliyyatları sırasında 9 jurnalistin həlak olduğunu açıqlayıb.Məlumata görə, qarşıdurmalar zamanı 26 jurnalist müxtəlif dərəcəli xəsarət alıb. Cəmiyyətin məlumatına görə, Mosul əməliyyatını yerli və xarici qurumlarda işləyən 700 jurnalist izləyib.

710 milyon insan ölkəsini tərk etmək istəyir

12 İyul 2017 15:18

"Gallup" analitik şirkəti 160-dan çox ölkədə apardığı sorğunun nəticələrini açıqlayıb. Sorğu əsasında respondentlərə "İmkanınız olsa, başqa ölkəyə köçmək istəyərdinizmi?", "Qarşıdakı bir il ərzində ölkədən getmək planınız varmı"? və ya "Başqa ölkəyə köç etmək üçün hazırlıq görmüsünüzmü?" sualları verilib.