Nazir: "ABŞ üçün Üsamə bin Laden kimdirsə, Türkiyə üçün də Fətullah Gülən odur"
"Bu gün qiyamçıların bir sıra ölkələrdən ekstradisiya olunması ilə bağlı çətinliklər mövcuddur". Bunu Ankarada jurnalistlərə Türkiyənin ədalət naziri Bəkir Bozdağ deyib. Nazir bildirib ki, ABŞ üçün Üsamə bin Laden kimdirsə, Türkiyə üçün də Fətullah Gülən odur.
12 İyul 2017 16:04 Dünya"Bu gün qiyamçıların bir sıra ölkələrdən ekstradisiya olunması ilə bağlı çətinliklər mövcuddur". Bunu Ankarada jurnalistlərə Türkiyənin ədalət naziri Bəkir Bozdağ deyib. Nazir bildirib ki, ABŞ üçün Üsamə bin Laden kimdirsə, Türkiyə üçün də Fətullah Gülən odur. "Məlumdur ki, hazırda F.Gülən ABŞ-da gizlənir, digər qiyamçılar isə Almaniya və Yunanıstandadır. Bəzi ölkələrin bu cür mövqeyi bizimlə münasibətlərə mənfi təsir göstərir". Onun sözlərinə görə, Gülən hərəkatı təkcə Türkiyə üçün yox, digər ölkələr üçün də təhlükə mənbəyidir.