Gündəm

Dünya BÖYÜK TƏHLÜKƏNİN astanasında: 20 il ərzində...

12 İyul 2017 17:16

Elm adamlarının apardığı araşdırmalar son bir neçə onillikdə milyardlarla heyvan növünün yox olması ilə təbiətdə bioloji böhranın yaşandığını üzə çıxarıb. Alimlər araşdırmaların nəticəsini “kütləvi yox olma” kimi şərh edirlər. Heyvanlar aləmində növlərin azalması probleminin səbəbi kimi insanın nüfuzunun çoxalması və buna bağlı olaraq həddən artıq qida sərfiyyatı göstərilib. Bu problem isə insanlığın sonunu gətirə bilər.

Dani Alveş gedəcəyi klubu seçdi

12 İyul 2017 17:12

Dani Alveşin PSG klubuna transferi daha real görünür. 34 yaşlı müdafiəçinin transferində Paris klubu "Manchester City"ni qabaqlayıb. PSG tərəfindən Alveşə 2 illik müqavilə və 25 milyon funta yaxın məvacib təklif edilir.

Binəli Yıldırım: "5 iyulda terror təşkilatı uduzdu, millət, demokratiya qazandı "

12 İyul 2017 17:11

"15 iyul hərbi çevriliş cəhdini bir daha lənətləyirəm. 15 iyulda terror təşkilatı uduzdu, millət, demokratiya qazandı". Bunu bu gün Türkiyə baş naziri Binəli Yıldırım Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahında təşkil edilən "15 iyul Milli iradənin zəfəri" mövzusunda paneldə bildirib.

Qayınana gəlininin intim şəkillərini yaydı - Saçyoldu düşdü

12 İyul 2017 17:02

62 yaşlı Nərgiz Alıyeva gəlini Rübabə və onun atası tərəfindən döyülüb.  Hadisə 10 iyulda Tovuz rayon Məhkəməsinin qarşısında baş verib. Şahidlərin sözlərinə görə, tərəflər arasında əlbəyaxa dava məhkəmə iclasından çıxarkən bir-birilərini təhqir etdikdən sonra başlayıb. Rübabə Həsənova keçmiş qayınanası Nərgiz Alıyevanın saçlarından tutaraq yerə yıxıb sürüyüb. Bu zaman atası Etibar qadına təpik zərbələri endirib. Bütün bunlar məhkəmə işçiləri və orada olan digər insanların gözü qarşında baş verib.

Teatr mükafatlandırdı

12 İyul 2017 17:00

Gənc Tamaşaçılar Teatrında 89-cu teatr mövsümünün yekunlarına həsr olunmuş hesabat iclası keçirilib və ilin “Sima” teatr mükafatı təqdim edildi. Teatrdan “Olaylar” – a bildirilib ki, ilin yekunlarına həsr olunan iclası giriş sözü ilə açan teatrın direktoru, əməkdar artist Mübariz Həmidov mövsüm ərzində əldə edilən uğurlar, təqdim olunan yeni tamaşalar, beynəlxalq qastrol və festivallar, müxtəlif ölkələrlə teatr arasında həyata keçirilmiş aktyor və rejissor mübadilələri haqqında ətraflı məlumat verdi.

Nəhəng BUZ DAĞI QOPDU: mütəxəssislər həyəcan içində

12 İyul 2017 17:00

Cənub qütbü ilə Atlantik okean arasındakı ən böyük buz qatı Larsen C-dəki çat tamamilə qırılıb. İndiyə qədər müşahidə olunmayan böyüklükdəki buz dağlarından biri ortaya çıxıb.

Ana 3 yaşlı oğlunu adapter naqili ilə boğaraq öldürdü

12 İyul 2017 16:54

Türkiyənin Zonquldaq rayonunun Gökçebəy qəsəbəsində restoranda ofisiant işləyən 25 yaşlı Gülveren A. 3 yaşlı oğlu Emir Canı mobil telefonunun adapter naqili ilə boğaraq öldürdükdən sonra intihara cəhd edib.

"Qarabağ"ın "dubl" edən hücumçusu: "Nəticənin belə olacağını gözləmirdim"

12 İyul 2017 16:50

"Nəticənin belə olacağını gözləmirdim". Bunu "Qarabağ"ın futbolçusu Dino Ndlovu Gürcüstan "Samtredia"sını 5:0 hesabı ilə yendikləri Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

188 nəfər qidadan zəhərlənib, 3-ü ölüb

12 İyul 2017 16:41

2017-ci ilin 6 ayı ərzində Azərbaycanda baş vermiş qida zəhərlənmələrinin sayı açıqlanıb. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli  deyib ki, bu ilin 6 ayı ərzində ölkədə 188 qida zəhərlənməsi baş verib. O bildirib ki, baş vermiş qida zəhərlənmələri nəticəsində 285 nəfər zərər çəkib.  A. Qədirlinin sözlərinə görə, 11 botulizm hadisəsi qeydə alınıb, 21 nəfər zərər çəkib. Botulizm hadisələri nəticəsində 3 nəfər ölüb.

Vergidən yayınan 5 nəfər həbs olundu

12 İyul 2017 16:39

2017-cı ilin 1-ci yarımilliyində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə başlanmış 139 cinayət işi üzrə aparılan araşdırmalar zamanı 7 milyon 806,5 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Azərbaycan mediasının azad, müstəqil şəkildə fəaliyyəti üçün yaradılan şərait yüksək qiymətləndirilir

12 İyul 2017 16:38

Azərbaycan mediası daha bir yaşını geridə qoymaq üzrədir. Bir neçə gündən sonra ölkənin media cameəsi Milli Mətbuatın yaranmasının 142-ci ildönümünü qeyd edəcək. 1875-ci ildə dahi mütəfəkkir Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız ötən 142 ildə enişli-yoxuşlu, çətin, çətin olduğu qədər də şərəfli bir yol keçərək günümüzə qədər gəlib çıxıb.

Samuşia: "Qarabağ" bizdən qat-qat üstün oynadı"

12 İyul 2017 16:27

Çempionlar Liqasının II təsniaft mərhələsinin ilk oyunları çərçivəsində "Samtredia" səfərdə "Qarabağ"a məğlub olub - 5:0. Ölkəsinin mətbuatına açıqlama verən "Samtredia"nın 22 yaşlı futbolçusu Quram Samuşia oyunla bağlı bunları deyib: "Qarabağ" bizdən qat-qat üstün oynadı. Oyuna yaxşı başlamışdıq.

Şok kadrlar: qadının qulaqlarından çıxan çirk heyrətləndirdi - VİDEO

12 İyul 2017 16:25

Sağ qulağındakı ağrılardan və yaxşı eşidə bilməməsindən şikayətlənən qadın klinikaya gələndə müayinə olunub. Həkim onun qulağında çirk olduğunu müəyyənləşdirilib. 

Maşallah Əhmədovun işi üzrə ekspertiza başa çatdı

12 İyul 2017 16:23

Dələduzluqda təqsirləndirilən sabiq futbolçu Maşallah Əhmədovun satdığı tikinti materiallarının qiymətinin müəyyənləşdirilməsi ilə bağlı ekspertiza başa çatıb. Bu barədə  M.Əhmədovun vəkili Əli Hüseynov məlumat verib. Vəkil bildirib ki, artıq əmtəəşünaslıq ekspertizası daşları ekspertizadan keçirib: "Yaxın günlərdə ekspertizanın rəyi məhkəməyə təqdim ediləcək və prosesin vaxtı müəyyənləşəcək".

Polşadakı azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında aksiya keçirib 

12 İyul 2017 16:17

Polşada fəaliyyət göstərən Azərbaycanlı Gənclər Şurası tərəfindən Ermənistanın Varşavadakı səfirliyi qarşısında aksiya keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Ermənistan silahlı qüvvələrinin iki Azərbaycan mülki şəxsini öldürməsi və Azərbaycanın Dağlıq Qarabağ regionunda təcavüzü davam etdirməsinə etiraz məqsədilə keçirilən aksiyada Polşada yaşayan Azərbaycanlı gənclər iştirak edib.